23 Dekabr 2021 23:41
719
PARLAMENT
A- A+

Milli Məclisdə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub  

 

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı"nın müzakirəsi keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, müvafiq sənəd 2016-2021-ci illər ərzində iqtisadi islahatların dərinləşməsində, iqtisadi subyektlərin inkişafında, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, iqtisadi sahələrin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayıb. Qeyd olunan Strateji Yol xəritələrində 2025-ci ilədək ölkənin iqtisadi sahələrinin rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsi nəzərdə tutulub.

İclasda çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzunmüddətli dövr üzrə inkişaf hədəflərini və ona nail olunması nəticələrini müsbət qiymətləndirib.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı”nı deputatlara təqdim edib.

Bildirilib ki, Strateji Yol Xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. Hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Hesabatın müzakirəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Müşfiq Cəfərov çıxış edərək fikirlərini səsləndirib, hesabata dair müsbət rəylərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video