07 Aprel 2026 19:17
1088
PARLAMENT
A- A+
Milli Məclisdə Azərbaycan və Türkiyə prokurorluqları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Milli Məclisdə Azərbaycan və Türkiyə prokurorluqları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 7-də qurumlararası əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun, dostluq və qardaşlıq əsasında inkişaf etdiyi qeyd olunub. Həmçinin strateji müttəfiqlik xarakteri daşıyan dövlətlərarası münasibətlərdən bəhs edilərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin xüsusi rolu vurğulanıb.

Söhbətdə iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərə diqqət yönəldilərək, parlamentarilər, o cümlədən İşçi qrupları arasında səmərəli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə olunub. Həmçinin Azərbaycan və Türkiyə parlamentlərinin müxtəlif parlament əməkdaşlıq platformalarındakı birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu platformalar regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verirlər.

İki qardaş ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıqdan söz açan Sahibə Qafarova 2021-ci ildə hər iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, çoxtərəfli əməkdaşlıq çərçivəsində yaradılmış Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının fəaliyyətini yüksək qiymətləndirib.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əlaqələrin ölkə başçılarının müəyyən etdiyi ikitərəfli əməkdaşlıq gündəliyinə uyğun inkişaf etdiyini və bütün istiqamətləri əhatə etdiyini bildirib.

Dünyada və regionda cərəyan edən proseslərə toxunan qonaq Türkiyə və Azərbaycan liderlərinin rolundan bəhs edərək, onların həm xalqları və dövlətləri üçün, həm də beynəlxalq sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunmasında etibarlı lider və vasitəçi rolunu vurğulayıb.

Görüşdə qonağa Milli Məclislə Baş Prokurorluq arasındakı səmərəli əməkdaşlıq barədə də məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

18:07
25 May

Azərbaycanda duz istehsalı 28 faiz artıb  

17:23
25 May

Qarabağ və Şərqi Zəngəzurda kredit qoyuluşları 600 milyon manata yaxınlaşıb

17:16
25 May

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

17:09
25 May

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

17:05
25 May

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

16:54
25 May

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

16:47
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!