03 Fevral 2026 18:23
1466
Elm və texnika
A- A+
Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  


Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədə gənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi, innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxış edir.

Builki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqram çərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə, Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstan kimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.

Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir. Ümumilikdə tədbirdə 39 müxtəlif yerli və xarici universitet, elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsil olunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcı gənclər elmi platformalarından birinə çevrildiyini göstərir.

Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb və MAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat, energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texniki inkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.

Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoru akademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutunun professoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin (Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və Piri Reis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, Beynəlxalq SARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxış edərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-da gənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik Arif Paşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir. "Müəssisə yaratmaq olar, onu inkişaf etdirmək olar. Amma bir elmi mühit, bir düşüncə məktəbi yaratmaq hər kəsə nəsib olmur. Arif Paşayev məhz bunu bacaran şəxsiyyətdir",- deyə Milli Məclisin sədr müavini qeyd edib.

Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu konfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamanda gənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür: "Keçirilən bu konfranslar, nəşr edilən elmi kitablar və yetişdirilən mütəxəssislər bir daha göstərir ki, Milli Aviasiya Akademiyası təkcə təhsil müəssisəsi deyil. Bu, milli düşüncənin, elmi irsin və dövlət müstəqilliyinin daşıyıcısı olan bir məkandır".

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunu olduqca düşünülmüş şəkildə hazırlanıb. "Xüsusilə qeyd etmək lazımdır ki, Roald Saqdeyev Amerikadan gələrək bir daha öz intellektual potensialını nümayiş etdirdi və yüksəksəviyyəli, maraqlı bir məruzə ilə çıxış etdi".

Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çox danışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan, daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir. Bugünkü çıxışında da bunu aydın şəkildə gördük.

"Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlara həmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bu baxımdan ondan öyrəniləsi çox şey var",- deyə H.Paşayev vurğulayıb.

Sonda Hafiz Paşayev Arif Paşayev adından hər kəsə təşəkkür edib. Qeyd edib ki, akademik Arif Paşayevə tədbirin və ona yüksək səviyyədə təşkil olunduğunu çatdıracağını bildirib.

Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamental elmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri” mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqalə yazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərin mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması” mövzularında ustad dərsləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və “Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdə tutulub.

“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçıların aerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmi strategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmi əməkdaşlığın inkişafında mühüm resursdur.

Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova iştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub

18:03
05 Mart

İranın terrorçu hücumu cavabsız qalmayacaq

17:54
05 Mart

Prezident İlham Əliyev: İrana etiraz notası veriləcək 

17:36
05 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ikinci günün qalibləri bəlli olub  

16:51
05 Mart

Naxçıvandan daxili və xarici istiqamətlərə olan aviareyslər müvəqqəti dayandırılıb  

16:44
05 Mart

Gürcüstanın xarici işlər naziri Azərbaycana qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı narahatlığını ifadə edib  

16:44
05 Mart

Prezident: Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir 

16:41
05 Mart

Prezident İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib 

16:38
05 Mart

Prezident: Gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək 

16:33
05 Mart

Azərbaycan Prezidenti: İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar 

16:27
05 Mart

Prezident: Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək 

16:23
05 Mart

Prezident: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

16:17
05 Mart

Küveyt XİN Azərbaycanın İran tərəfindən hədəfə alınmasını pisləyib  

16:16
05 Mart

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür  

16:16
05 Mart

Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir 

16:14
05 Mart

Baş Prokurorluq: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb

16:13
05 Mart

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib  

16:11
05 Mart

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçib

16:09
05 Mart

Çingiz Hüseynzadə: Azərbaycan idmanı çox böyük inkişaf yolu keçib

16:05
05 Mart

Azərbaycan və Almaniya arasında yaşıl iqtisadiyyat üzrə əməkdaşlıq genişlənir  

16:03
05 Mart

“Bloomberg”: Yaxın Şərqə 23 mindən çox təyyarə reysi ləğv edilib  

15:57
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!