18 Mart 2026 19:27
154
Elm və texnika
A- A+
Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 


Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elçin Babayev BDU-nun ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb. O bildirib ki, BDU-nun yaxın əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Xarici İşlər Nazirliyidir. Nazirliyin strukturlarında fəaliyyət göstərənlərin böyük qismi BDU məzunlarıdır: “Xarici işlər nazirinin 6 müavinindən 5-i, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin rəhbərlərinin də çoxu bizim məzunumuzdur. Təkcə bu faktlar bugünkü görüşün və diplomatik karyera quruculuğunun nə qədər vacib olduğunun göstəricisidir”.


Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev məzunu olduğu universitetin tələbələri ilə görüşdən məmnunluq hissi keçirdiyini bildirib. O, BDU məzunlarının diplomatik xidmətin uğurlarında böyük paya sahib olduqlarını vurğulayaraq deyib: “Tələbəlik dövrünün imkanlarından maksimum çox istifadə etməyinizi, fəal olmağınızı, daha çox dil öyrənməyi, nitq və yazı qabiliyyətinizi artırmağı tövsiyə edərdim. Bu gün Azərbaycanın xarici siyasəti çoxvektorlu və balanslıdır. Bu balansı milli maraqları qorumaqla düzgün formada, praqmatik şəkildə təmin etmək böyük səriştə tələb edir. Prezident İlham Əliyev ölkənin birinci diplomatı olaraq şəxsi təcrübəsi, peşəkarlığı və qətiyyəti ilə bütün diplomatlar üçün nümunədir”.

Bu yaxınlarda diplomatik xidmətə qəbul üzrə növbəti qəbul imtahanı keçiriləcəyini bildirən nazir müavini qeyd edib ki, hazırda nazirlik tərəfindən gənclərin təcrübə imkanlarının artırılması istiqamətində işlər aparılır: “XİN nəzdində “Diplomatiya könüllüləri” qrupu fəaliyyət göstərir, IV kurs tələbələrinin nazirlik strukturlarında təcrübəyə cəlb olunması son illər genişləndirilir. Buna səbəb diplomatik xidmətin qarşısında duran vəzifələrin artmasıdır. Beynəlxalq münasibətlər sistemi canlı orqanizmdir və daim dəyişir, ona uyğunlaşmaq və düzgün siyasət aparmaq lazımdır. Əgər diqqət etsəniz, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan regionda ən az zərər görən ölkə elə Azərbaycandır. Bunun da əsas səbəbi indiyə qədər aparılan düzgün siyasət, ölkənin maraqlarını hər şeydən üstün tutaraq təşkil edilən diplomatik fəaliyyətdir. Diplomat çox şərəfli peşədir. Çünki siz bu fəaliyyətdə milli maraqlara birbaşa xidmət edirsiniz. Məzunları və magistraturada təhsil alan tələbələri prosesdə fəal iştirak etməyə dəvət edirik”.

Daha sonra nazir müavini tələbələri XİN sisteminə işə qəbul qaydaları, diplomatik xidmətin üstünlükləri, bu sahədə yaradılan imkanlarla tanış edib və onların suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

17:39
18 Mart

BDU ilə XİN arasında əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət planı hazırlanacaq  

17:36
18 Mart

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

17:31
18 Mart

Ödənişli atalıq məzuniyyətinin könüllü və ya məcburi olmasına aydınlıq gətirilib

17:24
18 Mart

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə üç xal qazanıb  

17:14
18 Mart

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib  

17:09
18 Mart

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

17:06
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!