09 Dekabr 2021 00:25
855
İDMAN
A- A+

Mikayıl CABBAROV: “Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram”

 

“Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün mənə göstərilən etimada görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram”.

Bu fikirləri dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilmiş Mikayıl Cabbarov səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycanın milli idman növü olan güləşin Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini vurğulayan Mikayıl Cabbarov bildirib: “Güləşçilərimiz dünya və qitə miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. Güləş üzrə Avropa, dünya və Olimpiya çempionlarımız var. Çalışacağıq ki, idmanın bu növünün kütləviliyini daha da artıraq”.

Federasiya prezidenti qarşıda duran əsas hədəfin güləş idman növündə daha böyük nailiyyətlərin və Olimpiadada qızıl medalların qazanılması olduğunu qeyd edib: “Hər idman növündə Olimpiya Oyunlarında yüksək nailiyyət əldə etmək əsas hədəfdir. Azərbaycanın ənənəvi idman növü olan güləş üzrə qızıl medalın qazanılması əsas məqsədlərdəndir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Mikayıl Cabbarov qısa müddətdə federasiyanın icraiyyə komitəsinin yeni tərkibinin formalaşdırılacağını, daha sonra fəaliyyət planının idman ictimaiyyətinə təqdim ediləcəyini bildirib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video