10 Aprel 2026 08:40
283
Təhsil
A- A+
Magistrantların növbəti elmi konfransı keçirilib

Magistrantların növbəti elmi konfransı keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Təhsildə menecment və yeni təlim texnologiyaları" mövzusunda magistrantların IX respublika elmi konfransı keçirilib. 

2 gün davam edən konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti,  eləcə də ölkənin digər ali təhsil və tədqiqat müəssisələrinin - Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, ADA, Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan, Xəzər və Odlar Yurdu universitetlərinin magistrantları, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Plenar iclasda giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri professor Cəfər Cəfərov qeyd edib ki, builki konfrans rəhbərlik etdiyi universitetin 105 illik yubileyi ilə əlamətdardır. Rektor universitetdə son illər həyata keçirilən islahatlardan danışıb, yeni layihələrlə bağlı məlumat verib. Qeyd edib ki, bu ali təhsil ocağı inkişafın yeni mərhələsinə qədəm qoyur. 2026-cı ilin əvvəlində ADPU ilk dəfə olaraq "QS Dünya Universitetləri Reytinqi Avropa 2026" siyahısında 601-650-ci yerlər sırasında qərarlaşıb. Reytinqdə universitet Avropa üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301+, məşğulluq nəticələrinə görə 380-ci olub. Həmçinin ADPU "QS Avropa 2026" reytinqinin Qərbi Asiya regionu üzrə reytinq sıralamasında 140 ali təhsil qurumu arasında 54-cü sırada yer alıb. 

Cəfər Cəfərov universitetdə rəqəmsal inkişaf üzrə fəaliyyət planının hazırlandığını, yeni ixtisaslaşmaların yaradıldığını, beynəlxalq təcrübənin tətbiq olunduğunu və müasir təhsil proqramlarının icrasına başlanıldığını diqqətə çatdırıb. Universitetin elmi uğurlarının artmasında magistrantların üzərinə böyük məsuliyyət düşdüyünü bildirən rektor əlavə edib ki, onlar daim öz üzərlərində çalışmalı, müasir bilik və bacarıqlara yiyələnməlidirlər: "Müasir dövrdə təhsildə sürətli dəyişikliklər baş verir və bu dəyişikliklər təhsilin idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir".

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın təşkilat komitəsinin sədr müavini professor Asəf Zamanov müasir təhsilin yalnız biliklərin ötürülməsi prosesi deyil, həmçinin innovasiyaların, idarəetmə bacarıqlarının və texnoloji yeniliklərin inteqrasiyasını tələb edən mürəkkəb bir sistem olduğunu vurğulayıb: "Danılmaz həqiqətdir ki, sürətlə qloballaşan dünyada rəqabətədavamlı insan kapitalının formalaşdırılması təhsildə səmərəli menecment və müasir təlim texnologiyalarının tətbiqindən birbaşa asılıdır. Bu baxımdan konfransın mövzusu kifayət qədər aktualdır və strateji əhəmiyyət daşıyır". Prorektor bildirib ki, uğurlu təhsil sistemi çevik qərarların qəbul edildiyi, yeniliyə açıq və tələbəyönümlü idarəetmə modelinə əsaslanmalıdır: "Yeni təlim texnologiyaları - rəqəmsal platformalar, distant və hibrid təhsil modelləri, süni intellekt əsaslı öyrənmə alətləri tədris prosesində mühüm əhəmiyyətə malikdir ki, bu texnologiyalar da tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almağa, onların tənqidi düşünmə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə geniş imkanlar yaradır. Eyni zamanda müəllimləri bilik ötürücüsündən daha çox mentor və fasilitator mövqeyinə yüksəldir". O, həmçinin diqqətə çatdırıb ki, ADPU-da innovativ düşüncəyə malik, peşəkar və məsuliyyətli mütəxəssislər yetişdirmək üçün tədris prosesində müasir texnologiyaların tətbiqi genişləndirilir, beynəlxalq təcrübə öyrənilir. Professor 2018-ci ildən təşkil edilən sayca 9-cu konfransın ilbəil həm coğrafiyasının genişlənildiyini, həm də faydalılığının yüksəldiyini bildirib.

İsveçin Höteburq Universitetinin dosenti, İsveç "Azərbaycan Aydınlar Ocağı"nın sədri Səadət Kərimi ölkəmizdə elm və ali təhsilin inkişafı istiqamətində atılan addımların çox diqqətəlayiq olduğunu vurğulayıb, gənc tədqiqatçıların praktik tədqiqatlara cəlb olunmasının önəmindən bəhs edib. Bu istiqamətdə ADPU nümunəsində görülən işlərin uzunmüddətli perspektivdə ölkə elminə verəcəyi töhfələri qeyd edib.

Konfransda çıxış edən ADPU-nun Ümumi fizika kafedrasının müdiri, professor Cahangir Hüseynov və Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasov təəssüratlarını, magistrantlara öz tövsiyələrini çatdırıblar.

Plenar iclasda ADPU-nun magistrantı Aytac Abbasovanın "Pedaqoji kadr hazırlığının strateji idarə olunmasında beynəlxalq təhsil layihələrinin rolu", BDU-nun magistrantı Ləman Tağıyevanın "PİSA 2029 çərçivəsində media və süni intellekt savadlılığının qiymətləndirilməsi" mövzularında məruzələri dinlənilib.

Universitetin Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, konfransa təqdim olunan 500-ə qədər məruzənin "Təhsildə strateji idarəetmə", "İnnovasiyalar və təhsilin keyfiyyəti", "Təhsildə sosial-psixoloji xidmət", "Tədrisin müasir problemləri" elmi istiqamətləri üzrə 10 bölmədə müzakirəsi təşkil ediləcək. 

Qeyd edək ki, Təşkilat Komitəsinin yekun rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələrin tezisləri konfrans materiallarında nəşr olunacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

Naxçıvanda həyata keçirilən strateji enerji siyasəti

08:55
14 Aprel

Mülki aviasiyamız üçün yeni təlim mərkəzi, "PAŞAHoldinq" ilə DİF arasında memorandum və bahalaşmaqda davam edən neft

08:50
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!