Lənkərandakı "Dairəvi qala" abidəsi dağılıb gedir
Cənub mirvarisi Lənkəranın simvolu olan, xalqımızın minillik tarixini özündə yaşadan, əsrlərin yadigarı qədim "Dairəvi qala" abidəsi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Azərbaycanın tarixi və mədəni abidələrin reyestrində yerli əhəmiyyətli abidə kimi qeydə alınan, XVIII əsrin yadigarı olan qala Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində yerləşir. Abidə 1869-cu ilə kimi cənub bölgəsində baş verən bir sıra qanlı müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib. "Dairəvi qala"dan isə həbsxana kimi istifadə olunub. Bu da 1970-ci ilə qədər çəkib. Hətta bəzi mənbələrdə göstərilir ki, İ.Stalin bir müddət burada dustaq saxlanılıb.
Qala əsasən 2015-ci ilin fevral ayından dağılmağa başlayıb. Həmin günlər bölgəyə yağan güclü qar qalanın dam örtüyünün müəyyən hissəsində aşınmalara səbəb olub. Aylar, illər ötdükcə isə abidə qəzalı vəziyyətə düşüb.
Deyilənlərə görə, qalada təmir-bərpa işlərinin aparılması üçün sənədlər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub. 2019-cu ildə təmir-bərpa işlərinin aparılmasına söz də verilib. Amma bu müddətdən 3 il keçməsinə baxmayaraq, əməli iş görən yoxdur.
S.CAVADOV,
Lənkəran
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
26 Aprel
Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb ...
26 Aprel
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
26 Aprel
Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar na...
26 Aprel
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub YENİL...
26 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB...
26 Aprel
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!