24 Yanvar 2026 20:00
747
Səhiyyə
A- A+
Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

Laçın rayonunun sağlamlıq keşikçiləri daim ayıq-sayıq şəkildə əhaliyə tibbi xidmət göstərir, vəzifə borclarını böyük qürur hissi ilə yerinə yetirirlər. Uzun illər həsrətində olduqları doğma yurda qayıdış onlar üçün əvəzolunmaz bir xoşbəxtlikdir.

Artıq üç ilə yaxındır ki, Laçın Rayon Mərkəzi Xəstəxanası Laçın şəhərində yenidən fəaliyyət göstərir. Xəstəxananın direktoru Orxan Cəbrayılovun sözlərinə görə, bu müddətdə Laçın rayonunda əhaliyə 60 minə yaxın tibbi xidmət göstərilib.


Direktor bildirib ki, işğal dövründə Laçın Rayon Mərkəzi Xəstəxanasının struktur və bölmələri Ağcabədinin Taxtakörpü qəsəbəsində, eləcə də respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərib. Laçın rayonu işğaldan azad edildikdən sonra - 2023-cü ildən etibarən isə Laçın şəhərində xəstəxananın yeni binası istifadəyə verilib. “Böyük Qayıdış” Proqramının birinci mərhələsi çərçivəsində ilk köçdən indiyədək 39 min 267 müraciət qeydə alınıb və 59 min 768 tibbi xidmət göstərilib: “Hazırda xəstəxanada təcili tibbi yardım, poliklinika, ailə sağlamlıq mərkəzi, şüa diaqnostika və laboratoriya şöbələri fəaliyyət göstərir. Qarşıda duran əsas vəzifələrdən biri isə 2026-cı ildə reanimasiya və intensiv terapiya şöbəsinin, eləcə də fizioterapiya kabinetinin yaradılmasıdır. Laçın Rayon Mərkəzi Xəstəxanası hazırda Laçın şəhəri ilə yanaşı Zabux, Bəylik və Sus kəndlərinə köçən əhaliyə də tibbi xidmət göstərir. Səhiyyə sahəsində görülən işlər rayonda aparılan quruculuq işləri ilə paralel şəkildə həyata keçirilir. Yaxın vaxtlarda Laçının bir sıra kəndlərinin inşasına başlanılması ilə əlaqədar səhiyyə infrastrukturu da genişləndiriləcək. Eyni zamanda, yay aylarında Laçın və Kəlbəcərə fermerlərin mövsümi köçü nəzərə alınaraq, rayonun bir neçə istiqamətində səyyar tibb məntəqələri yaradılır və əhaliyə yerində tibbi xidmət göstərilir. Əsas məqsəd Laçında əlçatan və keyfiyyətli səhiyyə xidmətinin davamlı təmin olunmasıdır”.

Tibb işçiləri arasında Laçını əvvəllər görməsələr də, ürəyi hər zaman ata-baba yurdu üçün döyünən insanlar da var. Xəstəxananın əməkdaşı Tamara Əliyeva deyir ki, Laçına ilk köçən sakinlərdən biridir: “Laçın ata-baba yurdum olsa da, əvvəllər buranı görməmişdim. Valideynlərimin danışdıqları əsasında Laçın haqqında xəyallar qururdum. Buraya qayıdıb öz gözlərimlə görəndən sonra anladım ki, Laçın təsəvvür etdiyimdən də gözəldir. Övladlarım da artıq Laçına heyran qalıblar və biz burada əbədi yaşamaq niyyətindəyik”.

Tamara Əliyeva qeyd edib ki, tibb təhsili alsa da, Bakıda yaşadığı dövrdə işləməyib. Laçına köçdükdən sonra isə məşğulluq proqramı vasitəsilə xəstəxanaya müraciət edib və təsərrüfat bacısı kimi işə qəbul olunub: “Artıq 1 ilə yaxındır ki, burada çalışıram. Xəstəxanada, ümumiyyətlə, Laçında bizim üçün çox gözəl şərait yaradılıb. Uşaqlarımız müasir standartlara uyğun məktəbdə təhsil alırlar, servis avtobusları ilə təhlükəsiz şəkildə məktəbə gedib-gəlirlər. Biz valideynlər də rahatıq”.

Onun sözlərinə görə, bu torpaqlarda yaşamaq hər bir laçınlı üçün həm də mənəvi borcdur: “Qəhrəman oğullarımız Vətənimizin azadlığı uğrunda canlarını fəda ediblər. Bizim vəzifəmiz isə bu torpaqlara qayıdaraq yaşamaq, qurmaq və yaratmaqdır. Həyat yoldaşımla birlikdə bu amal uğrunda Laçına üz tutmuşuq. Hətta tikinti işləri başlamamışdan əvvəl Laçında yaşamaq istədiyimizi aidiyyəti qurumlara bildirmişdik. Çünki əsas məqsədimiz ata-baba yurdumuza sahib çıxmaq və bu yerləri dirçəltməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!