Küçə qəssabları yaşayış məntəqələrindən yığışdırılmalıdır
Hər gün Bakıya müxtəlif regionlardan yüzlərlə mal-qara gətirilir. Sonra da şəhərin küçələrində, xüsusən də əhalinin sıx olduğu yerlərdə həmin heyvanlar sanitariya qaydalarına məhəl qoymadan kəsilib satılır.
Acı həqiqət olsa da, deməliyik: bu cür küçə qəssablarının ətrafında yaşayan sakinləri obaşdan quşların yox, kəsilən heyvanların səsi oyadır. Ardınca sakinlər küçəyə axıdılan qanın və hər yanı bürüyən üfunət iyinin fəsadlarını yaşamalı olurlar. Bu proses demək olar ki, hər gün müşahidə edilir. Görəsən həmin sahəyə cavabdeh olan aidiyyəti orqanlar belə vəziyyətə niyə göz yumurlar? Axı ola bilməz ki, küçədə kəsilən heyvanın səsi onların qulağına çatmasın.
Düzdür, şəhərin bir sıra yerlərində xüsusi kəsim məntəqələri fəaliyyət göstərir. Amma küçə qəssablarının sayı daha çoxdur.
Bir əsas məqamı da xüsusi vurğulamaq istərdik. Mal-qara kəsilən ət dükanlarının əksəriyyəti piyada yolunun üstündə, məktəb və uşaq bağçalarının yaxınlığında yerləşir. Qəssab bıçağının heyvanın boğazına çəkilməsini izləyən, yaxud görən uşağın hansı hisslər yaşadığını təsəvvür edirsinizmi? Heç şübhəsiz, bu, gələcəkdə müxtəlif fəsadlar törədə bilər. Belə hallar olmasın deyə yaşayış məntəqələrində, xüsusən şəhərlərdə heyvan kəsimi və ət satışı sahəsində qanunun tələbləri çərçivəsində ciddi qayda yaradılmalıdır.
Hüseyn KƏRİMOV,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
Xocavənddə partlayıcı vasitələr aşkarlanıb
26 Aprel
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
26 Aprel
Böyük yazıçı, alim və pedaqoq
26 Aprel
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
26 Aprel
“Azeri Light” markalı neft ucuzlaşıb
26 Aprel
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!