14 May 2025 08:25
885
Mədəniyyət
A- A+
Könlüm keçir Qarabağdan...

Könlüm keçir Qarabağdan...


İllər idi ki, Qarabağ əsirlikdəydi. Bu cənnət diyarın dağlarına, daşlarına həsrət idik. Könlümüz o dağlardan, o yurdlardan keçsə də, özümüz həsrətin oduna yanırdıq. Mahnıların qanadında, muğamların sədasında gedirdik Qarabağa... Qarabağı yağı işğalından azad etməyin isə bircə yolu var idi - müharibə. Müharibədə qalib gəlmək üçün isə güclü iqtisadiyyata və qüdrətli orduya sahib olmaq lazım idi... 

Bu düsturu da hamıdan yaxşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bilirdi. Hakimiyyətə gəldiyi gündən xalqa "işğalda olan bütün torpaqlarımız azad ediləcək" mesajını verən Prezident səbirlə davranırdı. Nəyi necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilən dövlətimizin başçısı əvvəl ölkənin iqtisadiyyatını gücləndirib regionun lider dövlətinə çevirdi. Daha sonra isə bizi zəfərə aparan qüdrətli Azərbaycan Ordusunu yaratdı. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi torpaq davası ilə yanaşı, həm də bir şərəf, ləyaqət, qürur savaşı idi... 

44 günlük Vətən müharibəsində qurduğu ordu ilə Prezident İlham Əliyev xalqımızı zəfərə apardı. Ruhumuzun başı üzərində dolandığı, əbədi olaraq könlümüzü verdiyimiz Qarabağın hər qarışından qanları ilə qəhrəmanlıq dastanı yazan Azərbaycan əsgəri keçdi! 

30 illik işğal dövründə düşmən yalnız yurdlarımızı dağıtmaqla kifayətlənməmişdi. Azərbaycanlılara məxsus minillik tarixi yadigarları, mənəvi kimliyimizi təsdiq edən milli-mədəni abidələrimizin izini silməyə, müqəddəs dini ocaqlarımızı, inanc yerlərimizi də tamamilə dağıdıb məhv etməyə çalışmışdı. İşğalçılar üzərində qazanılan möhtəşəm Zəfərdən sonra Qarabağda böyük quruculuğa start verildi. Aparılan qruculuq işləri milli-mənəvi dəyərlərin bərpası ilə başladı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın 14 yanvar 2021-ci ildə Şuşaya ilk səfərləri zamanı Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın üç dahi şəxsiyyəti - Üzeyir bəy Hacıbəyli, Bülbül və Natəvanın heykəllərini Şuşaya apardılar. Ziyarət etdikləri ünvanların hamısı - Şuşa Realnı Məktəbi, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev-muzeyi, Vaqifin türbəsi, tarixi dəyər daşıyan Cıdır düzü, milli-mənəvi dəyərlərimizi simvolizə edən abidələr idi. Prezident və ailəsi ziyarət etdikləri məscidlərə Məkkədən gətirilmiş "Qurani-Şərif" kitablarını hədiyyə verir, dualar edirdilər. Bu nə demək idi? Bununla Qarabağın xilaskarı bütün dünyaya mesaj verirdi ki, bizim üçün xalqımızı formalaşdıran milli-mənəvi dəyərlər hər şeydən üstündür. 

Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan torpaqlarımıza hər səfəri Qarabağın bərpa və quruculuq sahəsinin yeni səhifəsi kimi tariximizdə əbədiləşir. 2023-cü ilin mayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın yenidən qurulan Ağdama səfəri Ağdam Muğam Mərkəzinin təməlqoyması ilə muğamsevərlərin yaddaşında əbədiləşmişdi. Üstündən çox keçməmiş kinozal, kitabxana və iki rəqs zalı, 474 yerlik konsert zalı, müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait, 15 dərs otağı, sərgi salonu, iclas zalı, kafe olan mərkəz istifadəyə verildi. Onu da qeyd edək ki, Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Bu mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Həmin layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb.

Tariximizin minillik yaddaşından süzülüb gələn, könüllərdə məskən salan, xalqın adında əbədiləşən mənəviyyat abidəsi, xalqın milli kimliyini dünyaya təqdim edən səsdir muğam. Muğam onu yaradan və yaşadan xalqın həyat qaynağı, yaşam mənbəyidir. Muğam xalq musiqisi təfəkkürünün dərin mənalı, aydın və səlis ifadəli yaradıcılıq məhsuludur. Ağdamda Muğam Mərkəzinin açılışı, əslində, dövlətimizin milli dəyərlərə verdiyi qiymətin ən gözəl nümunəsidir.

İgidlərimiz qəhrəmanlıq musiqilərindən, muğamlardan, təsniflərimizdən öyrəndilər vətəni sevməyi, vətən uğrunda candan keçməyin fəlsəfəsini. Ən çətin anlarda, amansız döyüşlərin getdiyi vaxtlarda vətən nəqməsi oxudu mərd oğullarımız. Valideynlərlə, məktəbdə müəllimlərlə yanaşı, ruhumuza hopan qəhrəmanlıq mahnıları oğullarımıza vətəni sevdirdi...

Muğam Mərkəzinin açılışı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı xüsusi olaraq vurğuladı: "Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi".

Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, biz Qarabağda silah səsini kəsib sülh nəğməsi oxuyan xalqıq. Bu gün Qarabağın hər qarışına yeni nəfəs verilir. Düşmənin xarabazara çevirdiyi Qarabağ əsl cənnətə dönüb. Cənnət görmək istəyən Qarabağa gəlsin!


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!