14 Mart 2024 09:20
5156
Oxucu məktubları
A- A+

Kəndimiz sel təhlükəsindən xilas oldu

 

Rayon icra hakimiyyətinin başçısı kəndimizdə səyyar görüş keçirərkən çox vacib bir məsələni onun diqqətinə çatdırdıq. Bildirdilər  ki, yaz aylarında sel suları kəndi birləşdirən körpünün ətrafına kol-kos və məişət tullantıları gətirir və  bunun da nəticəsində çayın su buraxma qabiliyyəti azalır. Belə halda çayda sululuq artan zaman evlərə və təsərrüfatlara təhlükə yaranır. 
Çox çəkmədi ki, rayon rəhbərliyi bu vacib məsələ ilə əlaqədar tədbirlər gördü. Yaradılmış komissiya məqsədyönlü işlərə başladı. Əraziyə baxış keçirildi. Mövcud problemin aradan qaldırılması məqsədilə suvarma sistemləri idarəsinin işçi qüvvəsi tərəfindən müvafiq işlər həyata keçirildi. Bununla da kəndin problemi həll edildi.
Qarşıdan yaz ayları gəlir. Məlum məsələdir ki, yenə də yağış sularının yaratdığı sel həmin ərazidən keçəcək. Ancaq sevinirik ki, artıq kənd üçün heç bir təhlükə yoxdur. 

Mürsəl İBRAHİMOV,
Goranboy rayon Şadıllı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video