01 İyun 2026 17:32
222
CƏMİYYƏT
A- A+
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər  

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər  


İşğaldan azad edilmiş ərazilərdə torpaqların sakinlərə icarəyə verilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Xocalı, Ağdərə, Zəngilan və Cəbrayıl rayonlarına səfər edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Xankəndi şəhərində, həmçinin Ağdərə, Xocalı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları ilə görüşlər keçirilib. Görüşlərdə torpaqların icarəyə verilməsi prosesinin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Nümayəndə heyəti Xocalı rayonunun Təzəbinə və Xanabad, Ağdərə rayonunun Suqovuşan, həmçinin Zəngilan rayonunun Ağalı və Cəbrayıl rayonunun Horovlu kəndlərində sakinlərlə də görüşlər keçirib. Görüşlərdə torpaqların icarəyə verilməsi mexanizmi, müraciət və seçim prosedurları, eləcə də vətəndaşların prosesdə iştirak imkanları barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, sakinlər işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı, torpaq resurslarından səmərəli istifadə və dayanıqlı məşğulluğun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Torpaq sahələrindən istifadə, təsərrüfat fəaliyyətinin təşkili və dövlət dəstəyi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşlər zamanı təqdimatlar keçirilib, sakinlərin sualları cavablandırılıb və təklifləri qeydə alınıb.

Daha sonra Cəbrayıl şəhərində sakinlərlə kiçik ailə bağçalarının (Allotment gardening) təşkili modeli üzrə görüş keçirilib.

Səfər çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndində fəaliyyət göstərən üç kooperativlə torpaqların icarəyə verilməsi ilə bağlı müqavilələr imzalanıb.

Qeyd edək ki, Cəbrayılın Horovlu, Xocalının Xanabad və Təzəbinə, Ağdərənin Suqovuşan kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu davam edir. Horovlu, Xanabad, Təzəbinə və Suqovuşan kəndlərində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 5-i günün sonunadək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!