16 İyun 2026 10:00
249
SİYASƏT
A- A+
Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir  

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir  


Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyinin əsaslarını rəsmiləşdirərək ortaq tarixi və mədəni irsə söykənən ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlərdən birinə çevrilib.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa səsləndirib.

Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də imzalanan sənəd Ankara ilə Bakı arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, eyni zamanda regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığa yeni baxışın təməlini qoyub.

Universitet rəhbəri bildirib ki, Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərinin çoxtərəfli müttəfiqlik anlayışı əsasında daha da dərinləşməsinə şərait yaradıb. “Türk dünyasının tarixi və mədəni yaddaşı üçün xüsusi əhəmiyyət daşıyan, işğaldan azad edilmiş Şuşa şəhərində bu taleyüklü sənədin imzalanması böyük rəmzi məna daşıyır. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə keçirilən mərasim üçün məhz bu məkanın seçilməsi təsadüfi deyildi. Bu seçim ortaq tarixi irsi, mədəni davamlılığı və Türk dünyasında ortaq kimlik duyğusunu ifadə edirdi”, – deyə rektor bildirib.

K.Karamustafa Şuşa Bəyannaməsini Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi və diplomatik uğurların nəticəsində başlanmış yeni dövrün təməl sənədlərindən biri kimi dəyərləndirib.

“Bəyannamə həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, iqtisadi inkişafı və sosial dirçəlişi məsələlərində Ankara ilə Bakı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən strateji yol xəritəsi rolunu oynayır”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

O qeyd edib ki, son beş ildə iki qardaş ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan uğurlu addımlar Şuşa Bəyannaməsinin uzunmüddətli strateji sənəd olduğunu bir daha təsdiqləyib.

“Bəyannamə tarixi yaddaşı gələcəyə daşıyır, regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəd olaraq qalır və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir. İki qardaş xalqın sarsılmaz birliyinin təcəssümü olan Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümündə səmimi qəlbdən ümid edirəm ki, bu sənəd bundan sonra da Türk dünyasının inteqrasiyasına, regional sabitliyə və beynəlxalq sülhə töhfə verməyə davam edəcək”, – deyə Kayseri Universitetinin rektoru bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp və Zelenski Parisdə görüşüblər

15:18
16 İyun

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  

15:17
16 İyun

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

15:09
16 İyun

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib  

15:01
16 İyun

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

14:56
16 İyun

Tunisin baş məşqçisi işdən çıxarıldı  

14:43
16 İyun

Azərbaycan və Monqolustan arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlıq genişlənir

14:42
16 İyun

 Orxan Məmmədov: “Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır”

14:38
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 

14:36
16 İyun

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

14:35
16 İyun

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

14:34
16 İyun

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

14:34
16 İyun

Serbiya Gürcüstanda səfirlik açacaq

14:28
16 İyun

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  

14:26
16 İyun

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

14:17
16 İyun

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub  

14:15
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 

14:13
16 İyun

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 

14:09
16 İyun

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir  

14:01
16 İyun

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

13:58
16 İyun

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir  

13:49
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!