16 İyun 2026 13:41
174
SİYASƏT
A- A+
Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub  

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub  


Strateji Kommunikasiyalar Mərkəzi (SKM) tərəfindən hazırlanmış “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabat xarakterli nəşrdə Ermənistanın orta məktəb dərsliklərində yer alan nifrət nitqi nümunələri, tarixi hadisələrin təhrif olunması halları, eləcə də bunun regional sülh və qarşılıqlı etimad mühitinə təsirləri araşdırılıb.

SKM sədrinin köməkçisi, layihə rəhbəri Əli Abdullayev bildirib ki, araşdırma həmin materiallarda nifrət nitqinin, etnik və milli qruplara münasibətin, tarixi faktların mümkün təhriflərinin və stereotiplərin formalaşdırılması hallarının müəyyən edilməsidir.

Onun sözlərinə görə, araşdırma Qarabağda fəaliyyət göstərmiş təhsil müəssisələrində aşkar olunmuş materiallar əsasında aparılıb.

“Dərsliklər, plakatlar, tədris vəsaitləri və arxiv materialları toplanaraq sistemli şəkildə təhlil olunub. Hesabatın nəticələrinə əsasən, təhlil edilmiş materialların bir hissəsində “düşmən obrazı”nın formalaşdırılması, etnik qarşıdurmanın gücləndirilməsi və tarixi hadisələrin siyasi məqsədlərlə təqdim olunması halları mövcuddur. Araşdırma zamanı istifadə edilən 1000-dən çox materialda 3000-ə yaxın belə hal aşkarlanıb. Həmin faktlar QR kod vasitəsilə kitabda yerləşdirilib. Müəlliflər təhsil məzmununun beynəlxalq standartlara uyğun yenidən qiymətləndirilməsini və daha obyektiv yanaşmaların tətbiqini tövsiyə edirlər”, – deyə Əli Abdullayev vurğulayıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov Ermənistanın tədris materiallarında yer alan tarixi narrativlərin elmi yanaşma ilə ziddiyyət təşkil edən məqamlarına toxunub.

O bildirib ki, azərbaycanlıların təqdimatı və regionun tarixi irsi ilə bağlı bəzi məzmunlar elmi faktlardan uzaq interpretasiyalara əsaslanır və bu cür yanaşmalar tarixi həqiqətlərin obyektiv şəkildə öyrənilməsinə mane olur.

Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edib ki, xalqlar arasında düşmənçilik yalnız hərbi müstəvidə formalaşmır, bunun ideoloji və informasiya mərhələləri də mövcuddur. Onun sözlərinə görə, uşaqlara erkən yaşlardan nifrət düşüncəsinin aşılanması gələcək nəsillərin dünyagörüşünə və davranış modelinə ciddi təsir göstərir.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli isə vurğulayıb ki, kitabda təqdim olunan faktlar epizodik deyil, sistemli xarakter daşıyır: “Məktəb dərsliklərində nifrət və düşmənçilik məzmununun yer alması gələcək nəsillərin şüurunun məqsədyönlü şəkildə formalaşdırılmasına xidmət edir və bu, regionda davamlı sülhün qurulmasına mane olan amillərdən biridir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndəsi Fuad Abdullayev də kitabın beynəlxalq auditoriyaya çatdırılmasının, elmi müzakirəyə çıxarılmasının və mövzu ilə bağlı araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir çərçivəsində SKM tərəfindən hazırlanmış xüsusi sərgi də nümayiş olunub. Sərgidə erməni dərsliklərində yer alan nifrət nitqi elementləri və tarixi saxtakarlıqları əks etdirən faktlar vizual materiallar vasitəsilə təqdim edilib.

Təqdimat mərasimində dövlət qurumlarının nümayəndələri, ekspertlər, tədqiqatçılar, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp və Zelenski Parisdə görüşüblər

15:18
16 İyun

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  

15:17
16 İyun

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

15:09
16 İyun

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib  

15:01
16 İyun

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

14:56
16 İyun

Tunisin baş məşqçisi işdən çıxarıldı  

14:43
16 İyun

Azərbaycan və Monqolustan arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlıq genişlənir

14:42
16 İyun

 Orxan Məmmədov: “Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır”

14:38
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 

14:36
16 İyun

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

14:35
16 İyun

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

14:34
16 İyun

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

14:34
16 İyun

Serbiya Gürcüstanda səfirlik açacaq

14:28
16 İyun

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  

14:26
16 İyun

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

14:17
16 İyun

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub  

14:15
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 

14:13
16 İyun

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 

14:09
16 İyun

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir  

14:01
16 İyun

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

13:58
16 İyun

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir  

13:49
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!