29 Mart 2024 18:08
1853
Elm və texnika
A- A+

Kainat sirlərini açacaq texnoloji yenilik

 

Böyük Britaniyanın Kembric Universitetinin alimlərinin texnoloji yeniliyi sayəsində indiyədək kəşf edilməyən planetlər tezliklə aşkarlanacaq. Universitetin fizikləri Edinburqdakı Heriot-Vatt Universitetinin alimləri ilə birlikdə astronomlara ulduz işığının rəngində kiçik dəyişiklikləri müşahidə etmək imkanı verən astrokomb formasını inkişaf etdiriblər. Bu yenilik elmə məlum olmayan planetləri üzə çıxara və kainatın təbii olaraq necə genişləndiyini başa düşməyə yardım edəcək.
Tədqiqatlar əvvəllər ultrabənövşəyi spektrin yaşıl-qırmızı hissəsi ilə məhdudlaşırdı. İndi isə astronomlar bu texnoloji yenilik sayəsində spektrin mavi-yaşıl hissəsinədək istifadə edə biləcəklər. Heriot-Vatt Universitetinin professoru Derik Reyd adi texnologiyadan onlarla və hətta yüzlərlə dəfə daha üstün olan astrokombların işıq spektrinin son dərəcə həssas dalğa uzunluğu ölçmələri aparmağa imkan verəcəyini deyir.
Professor Reydin komandası hazırda Çilidə tikilməkdə olan “Extremely Large” teleskopunun texnologiyasını inkişaf etdirir. Onlar, həmçinin “Uppsala” və “Capetown” astronomları ilə birgə Kanar adaları və Cənubi Afrikadakı teleskoplar üçün astrokomblar üzərində işləyirlər. Alimlər bu sıçrayışın kosmosda gizlənmiş daha çox sirrin açılmasına böyük töhfə verəcəyini söyləyirlər.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video