İtaliyada yeni hökumət formalaşır
Son 80 ildə ölkədə ilk dəfə ifrat sağçılar parlament seçkilərində qələbə qazanıblar
İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərdə ifrat sağçılar qalib gəliblər. 45 yaşlı Corca Meloninin başçılıq etdiyi populist "İtaliya Qardaşları" Partiyası rəsmi rəqəmlərə əsasən səslərin dörddə birindən çoxunu toplayıb.
İfrat sağçıların seçkilərə birgə qatıldığı koalisiyaya gəlincə, onlar Matteo Salvininin "Liqa" və Silvio Berluskoninin "İrəli, Italiya" partiyaları ilə birlikdə 44,53 faiz səs qazanıblar.
Sol mərkəzçilərə isə təxminən 26,14 faiz seçici səs verib. Onların arasında ən çox səs qazanan (19,4 faiz) Enriko Lettanın Demokratik Partiyasıdır. Solçulara qoşulmayan populist "5Ulduz Hərəkatı" 15 faiz səs toplayıb.
Xatırladaq ki, ölkənin hazırkı baş naziri Mario Dragi iki ay öncə istefa ərizəsini Prezident Sercio Mattarellaya təqdim etmişdi. Dövlət başçısı isə 2023-cü ilin ilk aylarında planlaşdırılan ümumi seçkilərin bu il sentyabrın 25-də keçirilməsinə qərar vermişdi.
Hazırda Corca Meloni baş nazir postuna əsas namizəddir. Onun baş nazir seçilməsi İtaliya tarixində bir ilk olacaq. Meloni ölkənin ilk qadın baş naziri kimi tarixə düşəcək.
Partiya sədri qalibiyyət çıxışında bildirib ki, formalaşdıracağı yeni hökumət bütün italyanları birləşdirəcək: "Bizi bu milləti idarə etməyə çağırsalar, bunu bütün italyanlar üçün edəcəyik. Biz bunu insanları bir araya gətirmək, onları ayıran deyil, bir-birinə bağlayan telləri gücləndirmək məqsədi ilə edəcəyik". Meloni ölkəyə xəyanət etməyəcəklərini deyərək italyanların etimadını yenidən qazanmaq istədiyini, hər şeydən əvvəl partiyasının tarixini və çox qısa müddətdə bu qədər böyük dəstəyi necə qazandığını xatırladıb.
Son məlumata görə, demokratlar artıq öz məğlubiyyətlərini etiraf ediblər və gələcək parlamentdə əsas müxalifət qüvvəsinə çevriləcəklərinə söz veriblər.
Demokrat Partiyasının sədr müavini Debora Serraçiani bildirib ki, onlar ölkənin ikinci siyasi qüvvəsidirlər: "Buna görə də hesab edirik ki, güclü müxalifət yaratmalıyıq, həm də ona görə ki, bizim üzərimizə Avropa, habelə ən çətin sınaqlarla üzləşən ölkəmiz qarşısında böyük məsuliyyət düşür". Beləliklə, 45 yaşlı Meloni ölkədə ilk qadın baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk baş nazir olacaq. Çünki ölkədə son 10 ildə vəzifədə olan altı baş nazir seçkilərlə deyil, Prezident tərəfindən təyin edilib.
İtaliyada yeni Nazirlər Kabinetini İkinci Dünya müharibəsi dövründən bəri, yəni son 80 ildə ölkədə ilk dəfə olaraq seçkilərdə qalib gələn ifrat sağçılar formalaşdıracaqlar. Bu, İtaliyada son 30 ildə formalaşacaq 20-ci hökumət olacaq.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!