14 Aprel 2026 18:10
425
DÜNYA
A- A+
İngiltərənin sahil xəttini niyə dəqiq ölçmək mümkün deyil?  

İngiltərənin sahil xəttini niyə dəqiq ölçmək mümkün deyil?  


İngiltərədə tezliklə ölkənin bütün sahillərini əhatə edən yeni yürüyüş yolu istifadəyə veriləcək. 

“BBC” xəbər verir ki, Kral III Çarlzın açılışını etdiyi bu marşrut ilin sonuna qədər tam istifadəyə veriləcək və dünyanın ən uzun idarə olunan sahil gəzinti yolu hesab olunacaq. 

Yolun uzunluğu təxminən 4327 kilometrdir. Lakin maraqlı məqam ondan ibarətdir ki, bu yolun izlədiyi sahil xəttinin dəqiq uzunluğunu heç kim müəyyən edə bilmir. Mütəxəssislərin sözlərinə görə, bunun səbəbi “sahil xətti paradoksu” adlanan elmi anlayışdır. Sahil xətti düz olmadığı, çoxlu girinti-çıxıntılar, körfəzlər və qayalıqlar olduğu üçün onun uzunluğu istifadə olunan ölçü üsulundan asılı olaraq dəyişir. Məsələn, böyük ölçü vahidi ilə ölçüldükdə uzunluq daha qısa görünür. Ancaq daha kiçik və detallı ölçü vasitələri istifadə edildikdə sahildəki bütün əyriliklər nəzərə alınır və nəticədə ölçü daha uzun alınır. Bu səbəbdən müxtəlif beynəlxalq təşkilatlar Böyük Britaniyanın sahil xətti üçün fərqli rəqəmlər təqdim edir. Bəzi mənbələr bunu 12 min kilometr, digərləri isə 19 min kilometrdən çox göstərir.

Alimlər bildirirlər ki, sahil xətti ölçü üsulu ilə yanaşı, həm də dəniz səviyyəsinin dəyişməsi, qabarma-çəkilmə və eroziya səbəbindən daim dəyişir. Yeni İngiltərə Sahil Yolu da bu dəyişikliklər nəzərə alınaraq hazırlanıb. Sahildə sürüşmə və aşınma baş verərsə, marşrut daxili ərazilərə doğru dəyişdirilə bilər. Mütəxəssislər hesab edirlər ki, sahil xəttinin uzunluğu üçün tək və dəqiq rəqəm vermək mümkün deyil, çünki hər şey onu necə ölçməkdən asılıdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!