Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
ABŞ Dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngi məlum həqiqətlərə aydınlıq gətirdi. Belə ki, bu telefon danışığı ilk növbədə İlham Əliyevin qətiyyətli və müstəqil siyasət yürütdüyünü, Azərbaycanın bütün böhtançı və qərəzli davranışlara qarşı adekvat və sərt mövqe ortaya qoyduğunu bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan mövqeyində qətidir və prinsipialdır
Son vaxtlar ABŞ rəsmilərinin Azərbaycanı hədəfə alan açıqlamaları artıb. Görünən odur ki, Vaşinqtonda Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, erməni separatizminə son qoymasını həzm edə bilmirlər. ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı"nı qəbul etməsi, Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində dinləmələrdə ölkəmiz əleyhinə səslənən çıxışlar bunu təsdiq edir.
Azərbaycan öz qətiyyətli yolu olan, ona qarşı istənilən riyakar davranışı layiqincə cavablandırmağa qadir ölkədir. Məsələn, Azərbaycan ABŞ-nin qərəzli və düşmən mövqeyinə görə Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etməyib. Eyni zamanda Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfər etmələrinə əsassız qadağa qoyulmasına görə Azərbaycan da ABŞ rəsmilərinin ölkəmizə səfərinə qadağa qoyub.
Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qətiyyətlə qoruyur və ABŞ-nin ölkəmizə qarşı qərəzli mövqe tutması Bakını narahat etmir. Çünki bütün bunlardan Azərbaycanın itirəcəyi heç nə yoxdur. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Amma bütün bunlardan sonra əl-ayağa düşən də ABŞ oldu. Bu mənada ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi Azərbaycanın siyasi-diplomatik qələbəsidir.
Bu xahişinin yerinə yetirilməsi üçün Dövlət katibi Blinkenin Prezident İlham Əliyevin şərtini qəbul etməkdən başqa yolu qalmayıb. Belə ki, ABŞ rəsmisi Azərbaycana o şərtlə gələ bilər ki, həmin səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılacaq.
Beləliklə, bu telefon danışığı bir daha göstərdi ki, Azərbaycan öz mövqeyində qətidir, prinsipialdır və heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz.
ABŞ-nin ikiüzlü siyasətinin növbəti göstəricisi
ABŞ-nin Azərbaycanın ərazi bütövlü yünün bərpasını qəbul edə bilməməsi digər müstəvilərdə də üzə çıxır. Belə ki, Türkiyənən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, ABŞ Türkiyəyə F-16 təyyarələrinin verilməsi üçün şərt irəli sürüb. Vaşinqton Ankaradan Qarabağın azad edilməsi üçün Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb edib.
Bu da ilk növbədə ABŞ-nin ikiüzlü siyasətinin göstəricisidir. Qarabağ bütün dünyada Azərbaycan torpağı kimi tanınsa da, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, işğalçı və işğala məruz qalan gün kimi agah olsa da, ABŞ hər zaman ikili standartlardan çıxış edib. Ankaradan etdiyi tələb isə həm də ABŞ-nin riyakar davranışının, erməni təəssübkeşliyinin göstəricisidir.
Görünən həm də odur ki, ABŞ hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır, onları təhdid edir. Əlbəttə, Türkiyə güclü dövlətdir və xaricdən olan bütün təzyiq və təhdidləri adekvat şəkildə cavablandırır, dünyada və regionda öz milli maraqlarını təmin edən qətiyyətli siyasət həyata keçirir.
Eyni zamanda ABŞ-də çox yaxşı bilirlər ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Ermənistanın işğalı altında olan torpaqlarımızı Azərbaycan öz gücü ilə azad edib. F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri isə bəllidir və ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb, Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir.
ABŞ-yə qarşı son onilliklərdə beynəlxalq səviyyədə etimadsızlıq mühiti formalaşıb. Dünyanın bir çox yerində müharibələrin, siyasi kataklizmlərin, dövlət çevrilişlərinin baş verməsinin səbəbkarı məhz ABŞ-dir. Azərbaycana qarşı məlum davranışlarına görə ABŞ həm də özünün Qafqaz siyasətinə böyük zərbə vurdu.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
Ukraynanı çətin qış gözləyir
ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır
Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib
Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Qazax sakini minaya düşüb
Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib
“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!