İLHAM ƏLİYEV Avropada ən populyar şəxsdir
"Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm, o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".
Aleksandar VUÇIÇ, Serbiya Prezidenti
1 oktyabr 2022-ci il, Sofiya
"Prezident Əliyev etibarlı tərəfdaşdır. Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib. Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik".
Aleksandar VUÇIÇ, Serbiya Prezidenti
23 noyabr 2022-ci il, Belqrad
Avropa liderlərinin təmsil olunduğu məclisdə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevə xitabən səsləndirdiyi məlum etiraf böyük əks-səda doğurdu. Bu, İlham Əliyevin qlobal liderliyinin Serbiya Prezidentnin timsalında məhz Avropa məkanında növbəti etirafı idi.
Dünən isə İlham Əliyev onun liderliyinə həsəd aparan və nüfuzunu yüksək qiymətləndirən Prezidenti və onun dövlətini ziyarət etdi.
Bu dəfə də Serbiya Prezidenti azərbaycanlı həmkarının beynəlxalq miqyasda nüfuzunu, imicini çox yüksək qiymətləndirərək İlham Əliyevi sevilən, qəbul olunan lider kimi təqdim etdi.
25 illik uğurlu diplomatik münasibətlər
Azərbaycan-Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf etməkdədir. 1997-ci il avqustun 21-də qurulan diplomatik münasibətlər ötən 25 ildə daha da şaxələndirilib. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda, 2011-ci il iyunun 8-də isə Azərbaycanın bu ölkədə səfirliyi açılıb.
2010-cu ilin mayında Serbiyanın sabiq Prezidenti Boris Tadiçin Azərbaycana ilk rəsmi səfəri baş tutdu ki, bu da yüksək səviyyədə intensiv dialoqun və dövlət başçıları arasında xüsusi münasibətlərin başlanğıcı oldu, altı ikitərəfli sənəd imzalandı.
Ölkələr arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var. Həmçinin siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanmışdı. İlham Əliyevin bu ölkəyə dünənki rəsmi səfəri çərçivəsində imzalanan daha 8 sənədlə onların sayı 52-yə çatdı.
Bu sənədlər arasında 2013-cü ildə imzalanmış "Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2018-ci ildə imzalanmış "Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" xüsusi əhəmiyyət daşıyırdı.
Dünən də dövlət başçıları vacib sənədlərə imza atdılar. Bunların sırasında "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" mühüm sənədlərdir.
Bu sənədlərin əhəmiyyətini dəyərləndirərkən İlham Əliyev dedi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur: "Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var".
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq, humanitar əməkdaşlıq daim yüksək səviyyədə olub. Hələ 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin büstünün açılışlarında iştirak etmişdi.
"Dostluğumuz əbədi olacaq"
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Aleksandar Vuçiçin Serbiya Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-də reallaşıb.
Dünən isə İlham Əliyev serbiyalı həmkarını bir daha Azərbaycana səfərə dəvət etdi: "Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm. Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq".
Səfər zamanı dövlət başçıları çox mühüm məsələlər ətrafında müzakirələr apardılar, bəzi beynəlxalq proseslərə də toxundular. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.
İlham Əliyev bəyan etdi ki, iki ölkə arasında təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var: "Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik".
Prezident həmçinin hərbi-texniki sahədə əməkdaşlığın aparıldığını və bu əlaqələrin daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımların atılacağını vurğuladı.
Azərbaycan Prezidentinin Serbiyaya səfəri, aparılan danışıqlar, imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq güclənəcək və müxtəlif sahələr üzrə əməkdaşlıq bundan sonra daha da şaxələnəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!