08 Noyabr 2014 12:11
108
CƏMİYYƏT
A- A+
IDEA-nın «Ümumrespublika yaşıllaşdırma» marafonu uğurla reallaşır

IDEA-nın «Ümumrespublika yaşıllaşdırma» marafonu uğurla reallaşır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də "Ümumrespublika yaşıllaşdırma" marafonuna start verilib. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaqdan və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabrda və martın sonu - aprelin əvvəlində) əkilməsi və marafonun mayın əvvəlində başa çatdırılması planlaşdırılır. Marafon IDEA İctimai Birliyinin internet səhifəsində mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək. Layihədə Azərbaycan Respublikasının rayon və şəhərlərinin icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

Ölkənin bütün bölgələrində olduğu kimi, Bakının Xətai rayonunun ictimaiyyəti də IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nda fəallıq göstərir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, sakinlər noyabrın 7-də S.Mehmandarov küçəsinin  kənarında min ədəd həmişəyaşıl ağac əkiblər. Aksiyada rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov da iştirak edirdilər. Tədbirdə ərazidə yaşıllıq zonasının genişləndirilməsi, abadlıq işlərinin aparılması və əhalinin istirahətinin təşkili məqsədi ilə rayonun təsərrüfat sahələrinin rəhbərlərinə tapşırıqlar verildi. Ümumilikdə marafon çərçivəsində Xətai rayonu ərazisində 4,5 min ədəd ağacın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində Xətai  rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bəzi ərazilərdə relyefə uyğun olaraq yaşıllıq massivləri salınıb, suvarma sistemləri quraşdırılıb, artezian quyuları istismara verilibdir. Park və xiyabanlara minlərlə gül və ağac əkilib.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!