07 Oktyabr 2026 11:34
596
CƏMİYYƏT
A- A+
ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir


İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) üçün bu müzakirə xüsusilə əhəmiyyətlidir. Bu il Komissiyanın yaradılmasının 30 ili tamam olur. Üç onillikdən çoxdur ki, biz cəmiyyətin üzləşə biləcəyi ən çətin suallardan birinə — itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə hökumətlər və ailələrlə əməkdaşlıq edirik. 30 il əvvəl, keçmiş Yuqoslaviyada baş vermiş müharibələrə cavab olaraq ICMP yaradıldıqda qarşıya qoyulan vəzifənin miqyası misilsiz idi: 40 min insan itkin düşmüşdü. Şəxslərin müəyyənləşdirilməsi ilə bağlı ənənəvi yanaşmalar sadəcə kifayət etmirdi. Buna görə də öyrənməli olduq. Öyrəndik ki, itkin düşmüş şəxslərin axtarışı yalnız bir vəzifə deyil, bütöv bir sistemdir. Bu sistem aydın səlahiyyətlərə malik institutların, qanunvericiliyin, araşdırma, axtarış və məhkəmə-tibbi ekspertiza imkanlarının olmasını, ailələrin prosesdə fəal iştirakını, etibarlı məlumatları, qurumlar və çox vaxt sərhədlər arasında əməkdaşlığı tələb edir. Eyni zamanda, bütün bu elementləri bir araya gətirmək üçün institusional imkanlar olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.

K.Bomberqerin sözlərinə görə, ən mühüm nailiyyətlərdən biri çox sayda itkin şəxsin müəyyənləşdirilməsi üçün DNT-dən istifadə edilməsi idi. Qərbi Balkanların təcrübəsi göstərdi ki, ailələrdən götürülmüş DNT nümunələrindən və insan qalıqlarından əldə edilən DNT-dən istifadə etməklə böyük miqyasda şəxsiyyətlərin müəyyənləşdirilməsi mümkündür və bu, mühüm dönüş nöqtəsi oldu. Bu gün keçmiş Yuqoslaviya ərazisində baş vermiş münaqişələr zamanı itkin düşmüş 40 min şəxsin 75 faizindən çoxunun taleyi müəyyənləşdirilib.

O bildirib ki, əsas nəticə yalnız DNT-nin işləməsi deyildi. Daha dərin nəticə ondan ibarətdir ki, elm sistemin bir hissəsi olduqda səmərəli nəticə verir. DNT şəxsiyyəti müəyyənləşdirə bilər, lakin özü-özlüyündə həmin şəxsin başına nə gəldiyini izah etmir. Bunun üçün düzgün şəkildə toplanmış, sənədləşdirilmiş, təhlükəsiz idarə olunan və müvafiq səlahiyyətə və müstəqilliyə malik qurumlar vasitəsilə bir araya gətirilən istintaq və məhkəmə-tibbi sübutlar tələb olunur.

“Ailələr sadəcə cavab gözləmirlər, onlar bu prosesin tərəfdaşıdırlar. Bu gün burada çoxsaylı azərbaycanlı ailələri görməkdən məmnunam. Onlar məlumat, sənədlər və DNT nümunələri təqdim edir, qurumlar dəyişdikdə və illər keçdikdə belə axtarışların davam etdirilməsinə töhfə verirlər. Çox vaxt qadınlar – analar, həyat yoldaşları, qızlar və bacılar öz ailələri və icmaları qarşısında bu məsuliyyətin böyük hissəsini daşıyırlar. Onların səsləri və hüquqları da bu sistemin ayrılmaz hissəsi olmalıdır.

Biz, həmçinin öyrənmişik ki, hər hansı bir ölkədə mövcud olan vahid institusional model başqa ölkəyə olduğu kimi köçürülə bilməz. Şərait, qanunlar, institutlar, eləcə də itkin düşmələrin xarakteri və miqyası fərqlidir. Lakin əsas prinsiplər universaldır: dövlət məsuliyyəti, ailələrin iştirakı, müstəqil elmi yanaşma, araşdırma, etibarlı məlumatlar, əməkdaşlıq və hüququn aliliyi.

Məhz buna görə bu müzakirələr əhəmiyyətlidir. Problem yalnız keçmişdə baş vermiş münaqişələrlə məhdudlaşmır. İnsanlar silahlı münaqişələr, təbii fəlakətlər, miqrasiya böhranları və digər hallarda da itkin düşürlər. Belə vəziyyətlərin miqyası və mürəkkəbliyi ayrı-ayrı qurumların, hətta ayrı-ayrı dövlətlərin imkanlarını belə aşa bilər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!