26 Mart 2024 13:09
342
SİYASƏT
A- A+

İcma: Ermənistan regionda vəziyyəti gərginləşdirir  

 

Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, bu il martın 29-da ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi - bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur.

“Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. Belə ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir.

Ermənistan hökumətinin beynəlxalq məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırması və bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparması regionda vəziyyəti gərginləşdirir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən bu addımlarına son qoymağı tələb edir. Belə təxribatçı əməlləri əvəzinə, Ermənistan diqqətini öz ərazisindən qovduğu azərbaycanlıların qayıdışına, onlara qarşı törədilmiş hüquq pozuntularının araşdırılmasına və nəticələrinin aradan qaldırılmasına yönəltməlidir.

Qərbi Azərbaycan İcması həmçinin Fletçer Məktəbini belə bir təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırır”, - deyə bəyanatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video