14 Yanvar 2026 03:27
946
Qanunlar
A- A+
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7,№ 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddədə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin;

1.2. 3-cü maddənin dördüncü hissəsinin birinci-dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:

müddətli həqiqi hərbi xidmət;

hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 

müddətdən artıq həqiqi hərbi xidmət;";

1.3. 4-cü və 5-ci maddələrdə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin;

1.4. 8-ci maddənin birinci hissəsinə "Hərbi" sözündən sonra "vəzifə və hərbi" sözləri əlavə edilsin;

1.5. 9-cu maddənin ikinci hissəsi üzrə:

1.5.1. birinci abzasda "Azərbaycan Respublikasının "Hərbi xidmət haqqında" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin;

1.5.2. ikinci abzasdan "6 ay" sözləri çıxarılsın;

1.6. 12-ci maddənin birinci hissəsinin "d" bəndi aşağıdakı redaksiyada verilsin:

"d) zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır).";

1.7. 40-cı maddənin birinci hissəsinin "b" bəndində "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin "q" bəndinə müvafiq olaraq 1 il 6 ay" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.5-ci maddəsinə uyğun olaraq 1 il" sözləri ilə əvəz edilsin;

1.8. 58-ci maddənin birinci hissəsinin "i" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda "k" bəndi əlavə edilsin:

"k) müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına.";

1.9. 66-cı maddədə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə uyğun" sözləri ilə əvəz edilsin;

1.10. 71-ci maddənin birinci hissəsində "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə uyğun" sözləri ilə, "məktəblərin" sözü "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin"sözləri ilə əvəz edilsin;

1.11. 87-ci maddənin birinci hissəsinin dördüncü abzasından "6 ay" sözləri çıxarılsın;

1.12. 155-ci maddənin birinci hissəsinin birinci abzasından "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri çıxarılsın;

1.13. Əsasnaməyə 4 saylı əlavə - "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında Bağlaşma"da "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, müvafiq Nizamnamə və Əsasnamələri" sözləri "Hərbi xidmətkeçmə haqqında"Əsasnaməni" sözləri ilə əvəz edilsin;

1.14. Əsasnaməyə 6 saylı əlavə - "Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətim bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları" üzrə:

1.14.1. adında "xidmətim" sözü "xidməti" sözü ilə əvəz edilsin;

1.14.2. 2-ci hissənin "q" bəndinin üçüncü cümləsi çıxarılsın.

Maddə 2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunu) 38.1.5-ci maddəsindən "6 ay" sözləri çıxarılsın.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!