27 Yanvar 2026 01:59
2068
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (l kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16.1.11-4-cü və 60.3.3-cü maddələrdə "76-1-ci" sözləri "76-1.1-ci" sözləri ilə əvəz edilsin;

1.2. 76-1-ci maddə üzrə:

1.2.1. adına "institutları" sözündən sonra "və digər şəxslər" sözləri, "məlumatların" sözündən sonra "və sənədlərin" sözləri əlavə edilsin;

1.2.2. mətni 76-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 76-1.2-ci və 76-1.3-cü maddələr əlavə edilsin:

"76-1.2. Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

76-1.3. Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin bu Məcəllənin76-1.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.".

Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!