17 Yanvar 2026 02:09
2432
Qanunlar
A- A+
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901 (Cild I); 2025, № 1, maddə 10, № 5, maddə 431) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

"Maddə 4-1. Enerji effektivliyi informasiya sistemi

4-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.

4-1.2. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla, bu Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında" və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunur.".

2. 6.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"6.3. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.".

3. 17.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.1.5-ci maddə əlavə edilsin:

"17.1.5. enerji effektivliyi informasiya sisteminin əsasnaməsini.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!