02 Oktyabr 2026 10:30
1030
Mədəniyyət
A- A+
Həmişə bir olaq - yumruq kimi

Həmişə bir olaq - yumruq kimi


Hərdən uşaqlığım üçün yaman qəribsəyirəm. Ona görə yox ki, o zaman hər şey son dərəcə yaxşı idi. İkinci Dünya müharibəsindən xeyli keçsə də, fəsadları göz qabağındaydı. Yoxsulluq məişətdə özünü kifayət qədər hiss etdirirdi. Amma insanlar nikbin və mehriban idilər. 

Qonşuluq vardı. Oğlan uşaqları bir küçədə yaşadıqları qızların təəssübünü çəkərdilər. "Görənlər, eşidənlər nə deyər?" sözünün təsir dairəsi elə böyük idi ki, bu sərhədi ötüb keçmək kimsənin ağlına belə gəlməzdi. 

Məktəbdə yaxşı geyinənlər, sərvət sahibi olan ailələrin övladları deyil, təhsildə, təlimdə fərqlənənlər irəli çəkilir və hər kəsin həsədinə səbəb olurdu. Yaşlı adamların çətinliklə daşıdıqları çantaya kömək edənə "sən onun nökərisən?" sözünü heç kim nə fikrinə, nə də dilinə gətirərdi. Bizə elə gəlirdi ki, müəllim o qədər müqəddəsdir ki, hətta çörək belə yemir. Daha indiki kimi şagird, valideyn müəllimlərin üstünə ayaq almazdı. Yolunu azan el qınağına tuş gələrdi. Və bu, ən böyük cəza növü idi.

Zaman dəyişdikcə hər şey tərsinə döndü. İnsanlar biri-birindən "qopmağa" başladı. Qonşuluq dəmir qapıların arxasında həbs olundu. Ünsiyyət azaldı. "Məndən ötdü qardaşıma dəydi, saman çuvalına dəydi" ifadələri vətəndaşlıq qazandı. Səmimiyyətin, gülüşün, dostluğun azalmasını acı-acı daddıq. Həsəd hissi ürəklərdə taxt qurdu. Alicənablıq nadir hadisəyə çevrildi. Bütün bunlar bizim dediyimiz cəmiyyətdə, hər gün rastlaşdığımız adamların soyuq baxışlarında, təkəbbürlü insanların varlığında özünü büruzə verməyə başladı.

İndi mənim bütün bunların yox olub əvvəlki illərin səmimiyyətini yaşamaq istədiyimə əsas varmı? 

Hələ gec deyil. İstəsək yenə də həmin gözəl anları, gözəl dəyərlərimizi yenidən qaytarıb, sözün həqiqi mənasında, könül rahatlığı tapa bilərik! Könül rahatlığı isə hər şey deməkdir. 

44 günlük Vətən müharibəsi bizə təkcə qələbə sevinci bəxş etmədi. Bir yumruq olub birləşməyi, insanlığa qayğını, səmimiyyəti, birləşib bir olmağı, həmrəyliyi öyrətdi. Daha doğrusu, yatmış, öləzimiş hisslərimizi oyatdı. Təlaşlı, qorxulu günlər, mülki şəhid sözünün vahiməsi belə insanlığın qarşısını kəsə bilmədi. Kim nəyi bacarırdısa, göstəriş gözləmədən yerinə yetirirdi. Çünki insanları bir amal birləşdirirdi. Vətənə sahib çıxmaq həm də insanlığın çətin imtahanından çıxmaq idi. Və biz bir xalq olaraq bunu bacardıq! 

Bu gözəl mərhələnin davamı üçün sosial platforma "qəhrəman"larına, televiziyanın bayağı verilişlərinə, səsindən, sənətindən çox üryanlığı ilə tamaşaçı qazanmağa səy göstərən müğənnilərə, reytinq xatirinə öz şəxsi problemlərini həll edə bilməyən zəif insanları ekrana çıxarıb gülüş obyektinə çevirənlərə "durun" deyilməlidir. Özümüz danışıb, özümüz eşitməməliyik. "Durun"u hamımız deməliyik. Hər birimizdən başlayaraq səlahiyyət sahiblərinədək hamımız.


Rəfiqə SADIQOVA,

yazıçı-jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNƏCƏK

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!