Həkimlik ruh sənətidir
"Ruhu sağlam olmayan həkim ona müraciət edən xəstələrlə münasibət qurub inam yarada bilməz. Mənəviyyatı sağlam olmayan həkimin fiziki cəhətdən xəstə olan adamı müalicə etmək həvəsinə düşməsi absurddur. Əsl həkim xəstəsinin ürəyini görməyi, onunla ruhən təmas qurmağı bacarmalıdır. Həkimin ruhunda, düşüncəsində özünü görməyən, doğmalığı hiss etməyən xəstənin inamı itir. Həkim-xəstə münasibətində inam, etibar olduqca çox vacibdir, çünki bu, çox dərdin dərmanıdır"...
Gənc həkim-radioloq Şeyla Əhmədova bizimlə söhbətində həkim-xəstə münasibətləri haqqında düşüncələrini bölüşür. Şeyla xanım deyir ki, həkim xəstəsi ilə ünsiyyət yaradıb danışmağı bacarmalıdır. İlk baxış, həkimin xəstəyə yanaşması bəzən ağır bir xəstənin həyata qayıtmasına, yaşamasına səbəb olur.
Şeyla Samir qızı Əhmədova 1989-cu il martın 19-da Bakı şəhərində anadan olub. 2006-cı ildə Respublika İncəsənət Gimnaziyasını fəqrqlənmə ilə bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Maraqlıdır ki, gimnaziyanın fortepiano şöbəsində təhsil alan Şeyla incəsənət, musiqi sahəsini deyil, həkimliyi peşə olaraq seçib.
Şeyla xanım özü bu barədə fikrini belə izah edir. Deyərdim ki, həkimlik də incəsənətin bir qoludur. Burada da yaradıcı düşüncəyə sahib olmalısan.
2012-ci ildə Tibb Universitetini fərqlənmə ilə başa vuran Şeyla Əhmədova elə həmin il təhsilini davam etdirmək məqsədilə rezidenturaya imtahan verir. Yüksək nəticə əldə edir. Bir il Təhsil Terapevtik Klinikada oxuduqdan sonra Türkiyənin Ankara şəhərində Hacettepe, Qazi, Ankara Universitetlərinin Tibb fakültəsinin radioloji anabilim şöbəsində təhsilini davam etdirir. 2017-ci ildə rezidenturanı müvəffəqiyyətlə bitirən həkim Ş.Əhmədova Respublika Talassemiya Mərkəzində işə başlayır. Ailə həyatı, üç oğlan uşağının dünyaya gəlişi bir müddət onu doğma kollektivdən ayırır. Şeyla xanım deyir ki, Tanrı xanımı yaradarkən ona dünyaya övlad gətirmək kimi müqəddəs bir funksiya verib. Şükürlər olsun ki, bu borcumu da verə bildim. İnanıram ki, oğlanlarım Ramizi, Şəmsi və Cavidanı vətənimizə, xalqımıza layiq vətəndaş kimi böyüdə biləcəyəm.
Şeyla Əhmədova 2022-ci ildən Bakı Sağlamlıq Mərkəzində radioloq həkim kimi fəaliyyət göstərir. Gənc həkim deyir ki, əhvalımdan asılı olmayaraq çalışıram ki, xəstələrimi doğmalarım kimi qarşılaya bilim. Hesab edirəm ki, başlıca vəzifəm həkim-radioloq kimi bizə müraciət edənlərin dərdlərini səhvsiz öyrənməkdir. Xəstəliyin səbəbini biləndən sonra müsbət nəticə əldə etmək asan olur. Çalışıram ki, sağlamlığını bizdə axtaranlar naümid geri dönməsinlər...
İnsanı yaşadan onun arzularıdır. Gənc həkimin ürəyi arzularla doludur. Təhsilin bütün sahələrini fərqlənmə ilə başa vuran Şeyla Əhmədovanın arzusu tibb sahəsində elmi axtarışları davam etdirmək, insanlara sağlamlıq bəxş etmək üçün daha çox həkimliyin sirlərinə vaqif olmaqdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik ...
09 May
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
09 May
Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq
09 May
Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq ...
09 May
Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
09 May
Azərbaycan Ermənistanla müharibə aparmaq istəmir
09 May
Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!