09 Oktyabr 2026 09:10
184
CƏMİYYƏT
A- A+
Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir


27 sentyabr 2020-ci ildə uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda şanlı Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri düşmən hücumunun qarşısını almaq üçün döyüşlərə atıldılar. Müharibənin elə ilk günündən ordumuzun hissələri döyüşlərdə üstünlüyü ələ alaraq erməni qəsbkarlarına sarsıdıcı zərbələr endirdi. Bölmələrimizin güclü əks-hücumları qarşısında dayana bilməyən işğalçılar həm canlı qüvvə, həm də texnika və silah-sursat sarıdan ağır itkilər verərək geri çəkilməyə məcbur oldu.  

Döyüşlərin ilk saatlarında işğalçılar üzərində qazanılan qələbələr böyük zəfərdən xəbər verirdi. Ordumuzun qüvvələri dayanmadan irəliləyərək oktyabrın 3-də Cəbrayıl rayonunun mərkəzini və bir neçə kəndini qəsbkarlardan təmizlədi. Bundan sonra genişlənən hücumlar daha da böyük əraziləri əhatə etdi. 

Azərbaycan Ordusunun hissələri artıq Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması istiqamətində uğurlu əməliyyatlar həyata keçirirdi. Ciddi müqavimət göstərən düşmən geri çəkilmək istəmirdi. Çünki uzun illərdən bəri erməni işğalçıları böyük strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsində xeyli möhkəmlənmiş, keçilməz hesab elədikləri sədlər qurmuşdular. Düşmən mövqelərinin yerləşdiyi ərazi də ona böyük üstünlük verirdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri işğalçıların mövqelərinə zərbələr vurur, daim irəliləyir, Hadrutu azad etmək əzmi ilə vuruşurdular.

Ordumuzun aramsız hücumları qarşısında zəifləyən düşmən ağır itkilər verərək Hadrut qəsəbəsindəki əlverişli mövqelərdən geri çəkilirdi. Düşmən üzərində qazanılan uğurlar artıq döyüşün taleyini həll etmişdi. Qəsbkarlar məğlubiyyətə məhkum idilər. Oktyabrın 9-da Hadrut qəsəbəsi uğrunda döyüşlər daha da gərgin xarakter aldı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında yağıları məhv edə-edə irəliləyirdi. Nəhayət, ordumuzun aramsız hücumları müsbət nəticələr verdi. İllərdən bəri burada möhkəmlənmiş işğalçılar silah-sursatlarını, yaralılarını və meyitlərini dayandıqları mövqelərində qoyaraq qaçmağa başladılar. Rəşadətli Azərbaycan Ordusu oktyabrın 9-da böyük strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsini və daha 8 yaşayış məntəqəsini işğaldan azad etdi.

Hadrut qəsəbəsinin erməni işğalından azad edilməsi 44 günlük Vətən müharibəsində  əsas dönüş nöqtələrindən biri oldu. Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi Hadrut əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələri xeyli sayda canlı qüvvə və döyüş texnikası itirdi. Yüksək strateji əhəmiyyəti olan mövqelər bölmələrimizin əlinə keçdi. Qəsəbənin işğaldan azad edilməsi həm də Ermənistan ordusuna psixoloji baxımdan böyük zərbə vurdu. Erməni döyüşçülər arasında inamsızlıq yarandı. Bunun da nəticəsində düşmən ordusunda fərarilik artdı. Dayanmadan torpaqlarımızı azad edə-edə irəliləyən Azərbaycan Ordusunun Şuşaya gedən yolu da açıldı.

Prezident İlham Əliyev Hadrut döyüşlərinin tarixi əhəmiyyətindən danışarkən demişdir ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyırdı. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verirdi və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi: "Eyni zamanda Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar".

İkinci Qarabağ müharibəsinin ilk günlərindən böyük strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da artırdı, gücünü, qüdrətini dünyaya göstərdi. O da xüsusilə vurğulanmalıdır ki, Hadrut qəsəbəsi hər şeydən əvvəl, ermənilərin daha çox möhkəmləndiyi, müqavimət göstərdiyi strateji mövqe idi. Düşmən Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvələrini buradan göndərirdi. Artıq bu imkan da qəsbkarların əlindən çıxmışdı. Buna görə də düşmən ordusu getdikcə zəifləyirdi. Şanlı Azərbaycan Ordusunu isə qarşıda bir-birindən uğurlu əməliyyatlar gözləyirdi.

Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən əməliyyatda iştirak etmiş gizir Kamran Dadaşzadə həmin döyüşləri böyük iftixar və qürurla xatırlayır. Deyir ki, müharibənin ilk günlərindən uzun illər düşmənin işğalında qalmış torpaqlarımızı azad etməyə başladıq. Zabit və əsgərlərimizə verilən növbəti tapşırıqlardan biri də Hadrut qəsəbəsini qəsbkarlardan azad etmək oldu. Əvvəlcə, Hadrut qəsəbəsinin girişinin nəzarətə götürülməsi vacib idi. Burada "Vışka" deyilən yer var idi. Oradan müxtəlif istiqamətlərə üç yol ayrılırdı. Həmin yollardan ermənilərə əlavə qüvvə, təminat gəlirdi. İlk növbədə, bu yolları nəzarətə götürməliydik. Uğurlu əməliyyatdan sonra məqsədimizə nail olduq. Düşmən qüvvələri bizim bu istiqamətdən gələcəyimizi gözləmirdilər. Ona görə də bizi görəndə çaşıb qaldılar. Hərbçilərimiz bu çaşqınlıqdan istifadə edərək əlverişli yüksəklikləri ələ keçirdilər. Bundan sonra işğalçıların Cəbrayıldan, Füzulidən gələn, eləcə də əks-istiqamətdə hərəkət edən bütün texnikalarını, canlı qüvvələrini məhv etdik.

Hadrut qəsəbəsində əlverişli mövqelərini itirən düşmən güclü əks-hücuma keçdi, əvvəlki yüksəklikləri geri qaytarmağa çalışdı. Amma rəşadətli Azərbaycan Ordusu düşmənlərin arzusunu gözündə qoydu. Güclü artilleriya hazırlığından sonra qruplara bölünmüş qüvvələr keçilməz ərazilərdən, dağların, qayaların arasından sızaraq Hadrutun mərkəzinə daxil oldular. Erməni qəsbkarlarının qaçmaqdan başqa yolu qalmadı. Beləcə, oktyabrın 9-da Hadruq qəsəbəsi erməni işğalçılarından tamamilə təmizləndi. Ordumuzun zabit və əsgərləri döyüşlərdə göstərdikləri cəsarət və hünərləri ilə tarix yazdılar.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev həmin gün şanlı Azərbaycan Ordusunun bu uğurlu əməliyyatını, Hadrut qəsəbəsinin azad olunduğunu xalqa çatdırdı. Bu tarixi qələbə xalqımızı sevindirdi, döyüşçülərimizi növbəti zəfərlərə ruhlandırdı.

Hadrut döyüşləri İkinci Qarabağ müharibəsindəki uğurlu əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyır. Ən başlıcası, o idi ki, bu əməliyyat Azərbaycan Ordusunun Qarabağın dərinliklərinə doğru irəliləməsinə əlverişli şərait yaratdı. Ermənistan silahlı qüvvələri Hadrutda güclü dirəniş göstərsə də, Azərbaycan Ordusunun qarşısında aciz qaldı, məğlubiyyətə uğradı. Böyük iftixar və qürurla demək olar ki, Hadrut döyüşləri zamanı erməni işğalçıları üzərində qazanılan uğurlar Zəfərimizin parlaq səhifəsidir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL  

09:19
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!