09 Oktyabr 2026 10:10
171
İQTİSADİYYAT
A- A+
"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı


29 ildir istismar olunan nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının ehtiyatları   azalsa da, bu blokdan hasilat fasiləsiz və təhlükəsiz davam edir.  Belə ki, cari ilin birinci yarısında AÇG-dən gündə orta hesabla 323 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton neft alınıb.

Hazırda AÇG müqavilə sahəsində  "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE  platformalarından hasilat əldə olunur. 1997-ci ilin noyabrında ilk quyudan  alınmış  hasilatdan başlayaraq bu il iyulun 1-nə qədər  AÇG-dən   təxminən 4,6 milyard bareldən artıq neft çıxarılıb.

Lakin AÇG-yə təbiətin səxavətli əli ilə başqa bir sərvət də verilib.  Bu  yataqların bolluca mavi yanacaq ehtiyatları da varmış! İndiyədək buradan təxminən 63 milyard kubmetr "Azəri-Çıraq-Günəşli" səmt qazı dövlətə təhvil verilib. BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli  deyir: "Bu layihənin əhəmiyyətli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, neftlə bərabər çıxan səmt qazı kommersiya qazı kimi nəzərdən keçirilmədi və müqavilədə tam olaraq Azərbaycan dövlətinə təhvil verilməsi şərti var. Bunun nəticəsində 63 milyard kubmetr qaz Azərbaycan dövlətinə təhvil verilib. Müqayisə etsək görərik ki, bu, ayrıca bir layihə həcmində əldə olunan qaz ehtiyatları qədərdir".

Qeyd edək ki, təkcə bu ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. 

AÇG-nin dərin laylarında bol-bol sərbəst  qaz ehtiyatı da var.  Odur ki, cari ilin  iyun ayında sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlanması ilə blokun  işlənməsinin  yeni mərhələsinə start verildi.

İlk sərbəst təbii qaz hasilatı keçən il qazılmış və hazırda istismarda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layını - daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk quyuda həyata keçirilir. Bu həmin quyudur ki, Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək-təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

İlk sərbəst təbii qaz hasilatı əməliyyatı Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, quyuda və lay dəstində sınaq işlərinin aparılması da həyata keçirilir. Qarşıdan gələn dövrlərdə bu quyudan hasil edilən qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə neft-qaz işlənməsi sistemlərinə inteqrasiyası yolu ilə Səngəçal terminalına, oradan da mövcud ixrac infrastrukturu vasitəsilə bazarlara çatdırılacaq. B.Aslanbəylinin sözlərinə görə, artıq AÇG-dən xam neftlə bərabər kommersiya qazının da, sərbəst təbii qazın da ixracına nail olunacaq.

Xatırladaq  ki, AÇG-nin çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də  

10:59
09 Oktyabr

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

10:47
09 Oktyabr

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

10:40
09 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir  

10:39
09 Oktyabr

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi  

10:36
09 Oktyabr

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!