24 Iyun 2022 14:56
458
Səhiyyə

Günvurmadan qorunmaq üsulları

Uzun müddət Günəş şüalarına məruz qalmaq orqanizmdə müəyyən fəsadlara səbəb olur. Qızmar hava şəraitində bədən temperaturu kəskin artmağa başlayır ki, bu da günvurmaya gətirib çıxarır. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, ürəkbulanma və başağrısıdır. Bəzi hallarda burun qanaxması və görmə qabiliyyətinin pozulması da müşahidə olunur. Belə olanda erkən müdaxilə olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Qızmar Günəş altında olarkən başda hər hansı örtük yoxdursa, günvurma baş verə bilər. Günvurma və istilikvurma orqanizm üçün böyük riskdir, çünki susuzlaşma baş verdiyinə görə qanda qatılaşma və mikroelementlərin yuyulub getməsi hətta huşun pozulmasına qədər aparıb çıxarır. Belə halda zərərçəkəni dərhal kölgəli mühitə gətirmək və çoxlu maye içirmək lazımdır. Əgər su qəbul edə bilmirsə, venadaxili maye qoşmaq lazımdır. Həmin hallarda bədən temperaturunun 38-40 dərəcəyə qədər qalxması baş verir”.

Bədən temperaturu yüksək olarsa, xəstənin başına soyuq sarğı qoymaq, yaxud bədəni yaş əski ilə silmək lazımdır. Həkimlər yalnız günün müəyyən saatlarında açıq havada gəzməyi tövsiyə edirlər. “Gündüz saat 12-yə qədər, axşam saat 5-dən sonra Günəş işığı altına çıxmaq olar, çünki işığın orqanizm tərəfindən ən yaxşı yönləndirmə vaxtları həmin saatlardadır. Saat 12-dən 5-ə qədər olan dövr Günəş şüaları birbaşa bədənə düşür və dəri daha çox zədələnir, dəridə piqmentasiyalar baş verir, hətta dəri xərçənginə səbəb ola bilir”, - deyə həkim-terapevt əlavə edib.

Bunlarla yanaşı sintetik materialdan hazırlanan geyimlər hava keçirmədiyindən onlardan uzaq durmaq lazımdır. İsti havalarda açıq rəngli, pambıq, yaxud kətan parçadan tikilmiş paltarlara üstünlük verilməlidir. Bayırda olarkən geniş kənarlı papaq, çətir və gün eynəklərindən istifadə edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video