08 Dekabr 2021 09:23
1308
İDMAN
A- A+

Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib

 

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyinin birinci günündə - dekabrın 7-də 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda İbrahim Nurullayev (55 kq), Elmir Əliyev (60 kq), Murad Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və Tuncay Vəzirzadə (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə - dekabrın 9-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video