28 Mart 2024 10:45
129
CƏMİYYƏT
A- A+

Güclü sümüklərə sahib olmağın yolları  

 

Bədənimizin ağırlığını daşıyan və sərbəst hərəkətimizi təmin edən sümüklər vaxt keçdikcə zəifləyir. İnsan yaşa dolduqca osteoporoz kimi ciddi təhlükə ortaya çıxır. Bəs sümüklərin ən kiçik zərbə ilə qırılmasına səbəb olan bu problemi həll etmək üçün tədbir görmək mümkünmü? Yaşlı insanlar güclü sümüklərə sahib olmaq üçün nə etməlidir?

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, mütəxəssis Buğra Buyrukçu mövzu ilə bağlı araşdırma aparıb.

Türkiyəli mütəxəssis bildirir ki, sümükləri sağlam saxlamaq üçün vacib olan əsas şərtlərdən biri düzgün qidalanmadır. Düzgün qidalanma dedikdə sümüklərimizi gücləndirməyə kömək edən kalsium, fosfor, maqnezium, kollagen, K və D vitamini və minerallardan istifadə nəzərdə tutulur. Bu maddələrlə zəngin qida mübarizənin ilk şərtidir.

Sağlam sümüklər dedikdə ağlımıza ilk gələn kalsium olur. Kalsium sümüklərin sağlam qalması üçün çox əhəmiyyətli olsa da, kifayət deyil. Süd və süd məhsulları, soya, fıstıq, qoz, badam, kələm, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, balıq, quru meyvələr və paxlalılar kimi kalsiumla zəngin qidaları rasiona daxil etmək və bunlardan mütəmadi istifadə zəruridir. Alınan kalsiumun daha təsirli olması üçün D vitamini ehtiyatını da artırmaq zəruridir. Çünki bədəndə kifayət qədər D vitamini yoxdursa, kalsium bağırsaqlarda lazımınca sorulmur.

Günəşdən əlavə, balıq məhsulları, yumurta sarısı və yağ kimi qidalar D vitamini ehtiyacını qarşılamağa kömək edən qidalar arasındadır. Sağlam sümüklərə sahib olmaq üçün lazım olan komponentlərdən biri də K vitamini, maqnezium və kollagendir. Sümüklərin ümumi olaraq güclənməsi üçün bu maddələrin də orqanizmdə yetərli miqdarda olması zəruridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video