Göygölə aparan yol bərbad olmamalıdır
Adına çox sayda şeirlər yazılmış, nəğmələr qoşulmuş dağlar gözəli Göygöllə bağlı gileyimi vasitənizlə əlaqədar təşkilatların nəzərinə çatdırmaq istəyirəm. Bu yaxınlarda ailəliklə Göygölə səfər etdik. Yayın istisində sərin havadan, soyuq bulaq suyundan, Göygölün göz oxşayan gözəlliyindən, bir sözlə, təbiətin füsunkarlığından doyunca zövq aldıq. Ətrafda yerli və əcnəbi qonaqlar da çox idi. Təəccüblənmədik. Bütün zamanlarda xarici turistlər Göygölə böyük maraq göstəriblər.
Təəssüflə qeyd etməliyəm ki, qonaqların əksəriyyəti Toğanadan Göygölə qalxan 7 kilometrlik yolun bərbad vəziyyətdə olmasından narazılıqlarını gizlətmirdilər. Onlar buna həm də təəccüblənirdilər: anlaya bilmirdilər ki, necə ola bilər, belə bir yerin yolu acınacaqlı vəziyyətdə qalıb və buna əncam çəkən yoxdur.
Hər gün bu yolu yüzlərlə avtomobil, turist qət edir. Maraqlıdıdır ki, hər avtomobilə görə bir manat dayanacaq haqqı, milli parka daxil olmaq üçün isə hər nəfərdən iki manat bilet pulu alınır. Göygöldə bir köşkün icarə haqqı da 20 manatdır. Deməli, üst-üstə ay ərzində kifayət qədər böyük məbləğ yığılır. Xidmətin bahalığı, yaxud ucuzluğu ilə də işimiz yoxdur. Necə deyərlər, halal xoşları. Amma elə halalıq naminə yığılan vəsaitin bir hissəsini gəlir gətirən bu yolun təmirinə sərf etmək olmaz? Doğrudur, deyə bilərlər ki, yol işinə onlar baxmırlar. Onda da sual doğur ki, bu toplanan vəsait hansı məqsədlə yığılır və hara xərclənir?
Əslində, məqsədimiz bu və ya digər suallara cavab axtarmaq deyil, bu yolun tezliklə abadlaşdırılmasına nail olmaqdır. Zənn edirik ki, buna cavabdeh məsul şəxslər tezliklə narazılıq törədən halı aradan qaldırıb yolu təmir edəcəklər.
Səbuhi CƏFƏROV,
Bərdə şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!