26 Noyabr 2026 09:50
126
Səhiyyə
A- A+
Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib

Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib


Dünyada ən geniş yayılmış viruslardan birinə yoluxma Altsheymer xəstəliyinin və demensiyanın digər formalarının yaranma riskini təxminən 50 faiz artıra bilər. Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin tədqiqatçıları bu qənaətə gəliblər.

AZƏRTAC xəbər verir ki, meta-analizin nəticələri "Open Forum Infectious Diseases" (OFID) jurnalında dərc olunub.

Alimlər virus infeksiyalarının neyrodegenerativ xəstəliklərlə mümkün əlaqəsinə həsr olunmuş 2178 elmi nəşri araşdırıblar. Mütəxəssislər əsas diqqəti 50 yaşdan aşağı insanların təxminən üçdəikisinin daşıyıcısı olduğu birinci tip herpes simplex virusuna (HSV-1) yönəldiblər.

Təhlil göstərib ki, HSV-1 virusuna yoluxma Altsheymer xəstəliyinin və ya demensiyanın digər formalarının yaranma riskini 48 faiz artırır. İştirakçıların yaşı və ürək-damar xəstəliklərinin olub-olmaması da nəzərə alınmaqla, müxtəlif statistik təhlil metodlarından istifadə edildikdə belə bu qanunauyğunluq dəyişməyib.

Tədqiqatçılar hesab edirlər ki, bu mümkün əlaqə virusun beyinə nüfuz etmək və orqanizmdə uzun müddət qeyri-aktiv vəziyyətdə qalmaq qabiliyyəti ilə izah oluna bilər. Əvvəlki laborator təcrübələr HSV-1 virusunun sinir hüceyrələrində Altsheymer xəstəliyi üçün səciyyəvi olan bəzi prosesləri xatırladan dəyişikliklərə səbəb ola bildiyini göstərib. Bununla belə, infeksiyanın demensiyanın inkişafına mümkün təsirinin dəqiq mexanizmi hələ müəyyən edilməyib.

Müəlliflər əldə olunan nəticələrin herpes virusunun birbaşa demensiyaya səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Alimlər gələcəkdə virus əleyhinə preparatların və profilaktik vaksinlərin neyrodegenerativ xəstəliklərin yaranma ehtimalını azalda bilib-bilmədiyini araşdırmağı təklif edirlər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirələr aparıldı

09:55
26 Noyabr

Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib

09:50
26 Noyabr

Çin ABŞ-nin yeni gömrük rüsumları planını "siyasi manevr" adlandırdı

09:45
26 Noyabr

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!