Gəncliyə uzanan yol
Xalq arasında buğdanın cücərdilmiş formada yeyilməsinin sağlıq üçün faydalı olduğu bilinir. Bununla bağlı fitoterapevtlər bildirirlər ki, cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Adi buğda ilə müqayisədə bu buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və digər mikro və makroelementlərlə çox zəngindir.
E vitamini (tokoferol) orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir. Təbii tokoferol infarkt olma riskini azaldır.
Cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır.
Fitoterapevt bildirir ki, paxlalı və dənli bitkiləri cücərtmək üçün adambaşına 30-50 qram toxum kifayətdir. Lazımi miqdarda dəni qaba töküb, üstünə kimi su ilə doldurun, qabın ağzını parça salfet ilə örtüb 20-22 dərəcə isti olan yerdə saxlayın 6-12 saatdan sonra su acılaşacaq. Bundan sonra təzə su əlavə edin. Toxum növü və hava nəmliyindən asılı olaraq 48-72 saata (3 mm cücərti) cücərmə əmələ gəlir.
Buğda cücərtsini üyüdüb 1 çay qaşığı götürüb 1 xörək qaşığı balla qarışdırın və səhər tezdən acqarına qəbul edin. Həmçinin buğdanı istənilən tərəvəz salatlarına da əlavə etmək olar. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda saxlaya bilərsiz).
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!