Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, nazir əvvəlcə universitetin İdman klubunda yaradılan şəraitlə tanış olub, tələbələrin şahmat oyununu və voleybol yarışını izləyib.
Rektor Vilayət Vəliyev universitetin idman infrastrukturu barədə məlumat verib. Qeyd olunub ki, tələbələr arasında müxtəlif idman növləri üzrə Avropa və dünya çempionları var. Universitetin futzal komandası artıq bir neçə dəfə respublika birincisi olub.
İdmançı tələbələrlə söhbət edən F.Qayıbov onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Sonra gənclər və idman nazirinin tələbələrlə görüşü keçirilib.
Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.
“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə V.Vəliyev universitetdə gənclərlə işin təşkili barədə məlumat verib.
AzTU-da olmaqdan məmnunluğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov universitetin tədris binalarında, eləcə də İdman klubunda yaradılan şəraiti yüksək qiymətləndirib. Nazir Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışıb.
Sonra F.Qayıbov tələbələri maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov AzTU-nun “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsinin ilk qonağı olub. Layihə çərçivəsində tələbələrin müxtəlif qurumların rəhbərləri ilə görüşlərinin təşkili nəzərdə tutulub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyadan nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq
26 Aprel
Təyyarələrə limitli maye qəbulunun səbəbi
26 Aprel
"Batmobile"a bənzər konsept elektromobil təqdim edilib
26 Aprel
Almaniyada korrupsiyada təqsirli bilinən deputatların cəzası sərtləşdiriləcək
26 Aprel
“FourFourTwo” ən yaxşı qapıçının adını açıqlayıb
26 Aprel
Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiq...
26 Aprel
Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır...
26 Aprel
Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir...
26 Aprel
Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi
26 Aprel
Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!