22 Aprel 2026 08:50
306
CƏMİYYƏT
A- A+
Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib


Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə Gəncənin  nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri olmuşlar.

Səfər çərçivəsində nümayəndə heyəti Çindao şəhərində merin müavini Qen Tao ilə görüşmüşdür. Görüşdə bildirilmişdir ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə inkişaf edərək yeni mərhələyə yüksəlmişdir. Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əlaqələrdə yeni səhifə açmışdır.

Qen Tao demişdir ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən Çindaoda təşkil olunmuş “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanmış əməkdaşlıq sazişindən sonra ilk səfərdir. O, məlumat vermişdir ki, 10 milyondan artıq əhalisi olan Çindao Çinin iri beynəlxalq liman şəhərlərindən biri və əsas turizm və sənaye mərkəzlərindəndir. Şəhərin 50-yə yaxın ölkənin 90-dan çox şəhəri ilə əlaqələri mövcuddur. Qen Tao həmçinin vurğulamışdır ki, son illər Azərbaycan ilə ticarət əlaqələri genişlənmişdir. Çindaoda artıq 5 ildir “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfi şəhərdə keçirilən beynəlxalq sərgilərdə də fəal iştirak edir. Bundan əlavə, Çindao ilə Bakı arasında dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar həyata keçirilir. Gəncənin zəngin mədəni və ədəbi irsə malik olduğunu qeyd edən Qen Tao iki şəhər arasında iqtisadi, ticarət, mədəni, humanitar və turizm sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirmişdir.

Niyazi Bayramov isə öz növbəsində Gəncənin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, şəhərdə 3 ali təhsil və 3 orta ixtisas təhsili məktəbləri, iri sənaye müəssisələri, o cümlədən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2”, “SemSan” və “Parıltı Halı” kimi müəssisələr fəaliyyət göstərir. Diqqətə çatdırılmışdır ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı, 2019-cu ildə  Avropanın İdman Şəhəri,  2025-ci ildə isə MDB Ölkələrinin İdman Paytaxtı seçilmişdir.

 Şəhər rəhbəri həmçinin Çindao ilə ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vur-ğulamışdır. Qeyd etmişdir ki, Gəncənin dünyanın müxtəlif ölkələrinin bir çox şəhəri ilə qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur və bu, qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar açır. Niyazi Bayramov Çindao rəhbərliyini Gəncəyə rəsmi səfərə dəvət etmişdir.

 Nümayəndə heyəti səfər çərçivəsində dünyaca məşhur “Hisense” şirkətinin baş ofisinə baş çəkmiş, Çinin ən iri 10 elektrotexnika şirkəti siyahısına daxil olan müəssisənin məişət texnikası, yüksək texnologiyalar sahəsində nailiyyətləri ilə tanış olmuşdur.   


S.YUNİSOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!