26 Aprel 2025 19:57
905
Mədəniyyət
A- A+
Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb 

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb 

Bu gün Əməkdar elm xadimi, yazıçı, alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ilinin tamam olması münasibətilə Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Gəncədə yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin adını daşıyan ev-muzeyində keçirilən tədbirdə şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov Mir Cəlal fəlsəfəsini, onun humanizm ənənələrini bu gün də yaşadan və uğurla davam etdirən akademik, MAA-nın rektoru Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Mir Cəlal Paşayev Azərbaycan elminin və təhsilinin, ədəbi məktəblərinin inkişafına, milli dəyərlərin, adət-ənənələrin qorunmasına çalışıb, gəncləri savadlı və vətənpərvər olmağa sövq edib. O, “Bir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “Dirilən adam”, “Bostan oğrusu”, “Gözün aydın” kimi məşhur əsərlərində müasir dövrün çağırışlarını əks etdirib. Ona görə bu gün də Azərbaycanın orta və ali təhsil müəssisələrində Mir Cəlal irsi sevə-sevə öyrənilir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən və günü-gündən gözəlləşən Gəncə şəhərinin ruhunda Mir Cəlal izi var.

AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək deyib ki, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoş xatirələrini səsləndirib. O, son dövrlərdə çapdan çıxmış “İllər, pillələr və talelər”, “Xəlvətdə yanan şam” kitablarında da xoş xatirələrini oxucuları ilə bölüşdüyünü deyib.

Çıxış edən MAA-nın rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Gülnarə Əhmədova bildirib ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

Sonda Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

Altıillik fasilədən sonra Pekindən Pxenyana ilk qatar yola salınacaq

14:17
12 Mart

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

14:15
12 Mart

Şarl Mişel: Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır  

14:14
12 Mart

Sabiq Kansler: Düşmənçilikdən uzaqlaşmaq və həll yolları barədə düşünmək vacibdir

14:12
12 Mart

Rusiya Azərbaycan vasitəsilə İrana tibbi ləvazimatlar göndərəcək  

14:12
12 Mart

İraqın neft limanları fəaliyyətini dayandırıb

14:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!