Gənc nəslin dəstəklənməsinə sevinirik
Ölkəmizdə gənc nəslin intellektual səviyyəsinin artırılması, dünyagörüşünün genişləndirilməsi istiqamətində atılan addımlar sistemli xarakter daşıyır. Təhsildənkənar yeni layihələr - “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalar da məhz bu qəbildəndir.
Oğlum Səyyad Şıxəli Qurbanov adına Zaqatala şəhər 3 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Bu günlərdə dərsdən çox yüksək əhvali-ruhuyyədə qayıdıb dedi ki, onları Lənkəran, Masallı və Astara rayonlarına gəzməyə aparacaqlar.
Mən də çox sevindim. Övladımın təhsildə qazandığı uğurlara və buna göstərilən dövlət qayğısına görə qürrələndim. Axı Səyyad indiyədək bir neçə bilik yarışmasının, respublika əhəmiyyətli fənn olimpiadalarının qalibi olmuşdu. Elə bu səbəbdən - təhsildə fərqləndiyinə görə də tur-aksiyada rayonumuzu təmsil edəcək 40 şagirddən biri seçilmişdi.
Artıq səfərə gedib, qayıdıblar da. Uşaqların sevinci yerə-göyə sığmır. Təəssüratlarını bölüşür, gördüklərindən həvəslə danışırlar. Hiss olunur ki, onlara göstərilən diqqətdən çox məmnundurlar. Biz valideynlər də razıyıq. Gənc nəslin dəstəklənməsi bizi çox sevindirir: övladlarımıza göstərilən bu dövlət qayğısı onların kamil vətəndaş kimi formalaşmasında müsbət rol oynayır.
Sahib YUSUBOV,
Zaqatala şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!