19 Mart 2024 08:35
334
SİYASƏT
A- A+

Fransanın avantüraları Ermənistanı fəlakətlərə düçar edə bilər

 

"Prezident İlham Əliyev fəaliyyət göstərdiyi bütün illərdə öz çıxışlarında, beynəlxalq tədbirlərdə daim bildirib ki, Azərbaycan sülhün və əmin-amanlığın, əməkdaşlığın tərəfdarıdır və bu sahədə əlindən gələni əsirgəməyəcək. Eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına, eləcə də Cənubi Qafqazda sülhün təmin edilməsinə çalışacaq. Bakıda keçirilən son mötəbər tədbirlərdə də Prezident bunu bir daha xatırlatdı ki, biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik". 
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri söyləyib ki, sülh sazişinin imzalanması, iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər 10 noyabr üçtərəfli Bəyanatda da öz əksini tapıb. Vətən müharibəsindən sonra baş verən mühüm tədbirlərdə bu məsələlər dəfələrlə geniş müzakirə olunub. Azərbaycan sülh danışıqlarını beynəlxalq hüququn norma və prinsiplərinə əsasən aparmaq fikrindədir. 
Komitə sədri bildirib ki, 30 ilə yaxın davam edən işğala son qoyulması bir daha göstərdi ki, Azərbaycan xalqı öz milli haqqını təmin etməyə qadirdir: "Hələ ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedən vaxtlarda belə, Azərbaycanın dövlət rəhbəri dəfələrlə bildirmişdi ki, əgər sülh danışıqları fayda verməsə, digər vasitələrə əl atmağa məcbur olacağıq. Çünki Azərbaycan hərbi gücdən istifadə etməyə qadirdir və biz torpaqlarımızı düşmən əsarəti altında qoymayacağıq. Bu gün isə torpaqlarımız azaddır. Prezident İlham Əliyev öz vədinə sadiqdir. Sülh sazişinin hələ də imzalanmamasının səbəbi isə Ermənistanın bəzi dövlətlərin avantüralarına uyaraq sülh danışıqlarını pozmasıdır".
Tahir Rzayevin sözlərinə görə, Ermənistanda ağır vəziyyət hökm sürür, ölkə iqtisadi cəhətdən çöküb, qarşıdurmalar baş alıb gedir. Paşinyan isə bu reallığı dərk etmək istəmir. O, Fransa kimi təcavüzkar dövlətin müəyyən vədlərinə inanaraq yenə də silahlanmaq, revanş götürmək fikrindədir. Bu, Ermənistanı daha ağır fəlakətlərə düçar edə bilər. 
"Ermənistan və havadarları sülh yolunu daha məqbul hesab etməlidirlər. Bəzi ölkələr Ermənistanı silahlandırmaqla nəticə əldə edə bilməyəcəklər. Ermənistanın daxilində olan bir çox təcavüzkar qruplar yenidən Azərbaycan torpaqlarına müdaxilə etmək niyyətində olsalar da, cəhdləri havada qalacaq. Azərbaycan belə təxribatlara qarşı qətiyyətli cavab vermək gücündədir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla diqtə dilində, zorla danışmaq mümkün deyil", - deyə müsahibimiz söyləyib.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın tutduğu yol bəşəri dəyərlərə xidmət edir: "Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər bunu deməyə imkan verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən regionun ən inkişaf etmiş ölkələrindən biridir, güclü orduya malikdir, beynəlxalq aləmdə yüksək nüfuz sahibidir və əksər dövlətlər ölkəmizin ədalətli mübarizəsini dəstəkləyirlər".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video