29 İyul 2026 14:41
191
SİYASƏT
A- A+
Figen Yıldırım: Yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək

Figen Yıldırım: Yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək


Orta Dəhliz qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, geoiqtisadi rəqabətin sürətləndiyi və dövlətlərin etibarlı tərəfdaşlar axtardığı dövrün ən mühüm strateji layihələrindən biridir. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dəniz və Hörmüz boğazında yaranan təhlükəsizlik problemləri, eləcə də qlobal təchizat zəncirlərindəki qırılmalar dəhlizi alternativ marşrutdan strateji zərurətə çevirir. Bu prosesdə Azərbaycan təkcə tranzit ölkə deyil, həm də Orta Dəhlizin əsas sütununu təşkil edən strateji logistika aktorudur. Xəzər dənizinin qərb sahilində yerləşməsi, müasir liman infrastrukturu, dəmir yolu layihələri və regional əməkdaşlıq sayəsində Azərbaycan Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat əlaqələrini təmin edən əsas mərkəzlərdən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstinye Universitetinin İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər Fakültəsinin dekanı, iqtisadçı-ekspert Figen Yıldırım söyləyib.

Türkiyə ilə Azərbaycanın bir-birini tamamlayan iki strateji tərəfdaş olduğunu deyən F.Yıldırıb bildirib ki, Azərbaycan Xəzər keçidinin təhlükəsiz və səmərəli idarə olunmasını təmin etdiyi halda, Türkiyə Avropa, Aralıq dənizi və Yaxın Şərq bazarlarına açılan təbii qapı rolunu oynayır. Buna görə də Orta Dəhlizi hər iki ölkənin birgə formalaşdırdığı geoiqtisadi inteqrasiya dəhlizi kimi qiymətləndirmək daha doğru olar.

“Hazırda şirkətlər artıq yalnız aşağı xərcli istehsal mərkəzləri axtarmırlar. Onlar, eyni zamanda, etibarlı, siyasi baxımdan sabit və logistika baxımından fasiləsiz fəaliyyət göstərə bilən regionlara üstünlük verirlər. Məhz buna görə də qlobal ticarətdə istehsalın yaxın ölkələrə köçürülməsi (nearshoring), etibarlı tərəfdaş ölkələrə yönəldilməsi (friend-shoring) və dayanıqlı təchizat zəncirlərinin (resilient supply chain) formalaşdırılması yanaşmaları sürətlə genişlənir. Məhz bu baxımdan Türkiyə və Azərbaycan birlikdə Avrasiyanın yeni, təhlükəsiz istehsal və logistika ekosistemini formalaşdırmaq potensialına malik ən güclü namizədlərdəndir. Türkiyə güclü sənaye infrastrukturu, istehsal potensialı və Avropa bazarına yaxınlığı ilə alternativ istehsal və logistika mərkəzi olmaq imkanına malikdir. Azərbaycan isə enerji ehtiyatları, nəqliyyat infrastrukturu və Xəzər keçidindəki strateji üstünlüyü ilə bu sistemin ayrılmaz tamamlayıcısıdır”, – deyə dekan əlavə edib.

Onun fikrincə, Orta Dəhlizin ən böyük potensialı yalnız konteyner daşımalarının həcmini artırmaqdan ibarət deyil. Əsas məqsəd dəhliz boyunca yüksək əlavə dəyər yaradan sənaye zonalarının, logistika mərkəzlərinin, azad ticarət zonalarının, texnologiya klasterlərinin və regional dəyər zəncirlərinin formalaşdırılmasıdır. Dəhliz boyunca istehsal və investisiya fəallığının artması təkcə daşımalardan əldə olunan gəlirləri deyil, həm də məşğulluğu, texnologiya transferini və regional inkişafı sürətləndirəcək.

“Bu məsələnin brendləşmə aspektini də diqqətdən kənarda saxlamaq olmaz. Müasir dövrdə ölkələr yalnız məhsullarını deyil, logistika etibarlılığını, investisiya mühitini və təchizat zəncirinin səmərəliliyini də brendə çevirirlər. Necə ki, Sinqapur və Niderland qlobal logistika brendlərinə çevrilib, Türkiyə və Azərbaycan da Orta Dəhliz sayəsində Avrasiyanın etibarlı ticarət tərəfdaşı və logistika brendi olmaq üçün mühüm üstünlüklərə malikdir. Xüsusilə Türkiyənin uzun illərdir irəli sürdüyü alternativ logistika mərkəzi konsepsiyası ilə Azərbaycanın nəqliyyat infrastrukturuna yönəltdiyi investisiyalar bir-birini tamamlayır. Bu sinergiya nəticəsində Orta Dəhliz təkcə Avropa ilə Asiya arasında keçid marşrutu deyil, həm də istehsalın, investisiyanın, texnologiyanın və ticarətin qovuşduğu yeni iqtisadi oxa çevrilə bilər”, - deyə iqtisadçı vurğulayıb.

F.Yıldırımın sözlərinə görə, Orta Dəhlizin uğuru yalnız yükdaşımaların müddətinin qısalması ilə ölçülməyəcək. Bu layihə Türkiyə və Azərbaycanın birlikdə Avrasiyanın təhlükəsiz iqtisadi məkanı, alternativ logistika mərkəzi, regional istehsal bazası və etibarlı təchizat zənciri tərəfdaşı kimi mövqeyini gücləndirəcək strateji transformasiya layihəsidir.

“Mən hesab edirəm ki, yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək. Buna görə də Türkiyə ilə Azərbaycanın ortaq baxışı yalnız yeni nəqliyyat marşrutu qurmaqdan ibarət olmamalı, eyni zamanda, Avrasiyanın ən güclü geoiqtisadi brendini formalaşdırmağa yönəlməlidir. Bu yanaşma hər iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional sabitliyi və qlobal ticarətin dayanıqlığını da gücləndirəcək”, - deyə o fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

15:28
29 İyul

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

Vüsal Hüseynov: Əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunması üzərində işləyirik

14:55
29 İyul

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir 

14:48
29 İyul

Figen Yıldırım: Yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək

14:41
29 İyul

Vergi Məcəlləsinə dəyişikliklər sahibkarların maliyyə vəsaitlərindən daha səmərəli istifadəsinə müsbət təsir göstərəcək 

14:34
29 İyul

Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi 

14:27
29 İyul

Deputat: Orta Dəhliz qlobal iqtisadiyyatın və beynəlxalq logistika sisteminin mühüm istiqamətlərindən biridir

14:20
29 İyul

Bu ilin birinci yarımilində Azərbaycanda iş icazələri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

14:13
29 İyul

Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır 

14:06
29 İyul

ABŞ insanabənzər robotların idxalını qadağan etdi

13:58
29 İyul

Təbii fəlakətlər yalan oldu

13:51
29 İyul

Avropa sınaq qarşısında

13:44
29 İyul

Yaxşı yuxu üçün şam nə vaxt edilməlidir?

13:37
29 İyul

Şəkər əvəzediciləri beynin qocalmasını sürətləndirə bilər

13:30
29 İyul

İyunda bankların kredit portfeli 935,5 milyon manat artıb

13:23
29 İyul

Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

13:16
29 İyul

Şahzadə Harri ilə bağlı işə yenidən məhkəmədə baxılacaq

13:09
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!