29 İyul 2026 14:06
271
SİYASƏT
A- A+
Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır 

Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır 


1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız daxili sabitliyin bərpası ilə məhdudlaşmadı, həm də Azərbaycanın gələcək onilliklər üçün xarici siyasət və iqtisadi inkişaf modelini müəyyən etdi. Həmin modelin əsas sütunu neft strategiyası idi. Bu gün baxdıqda görürük ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, sadəcə, enerji sazişi deyildi. Bu sənəd Azərbaycanı beynəlxalq enerji bazarının mühüm iştirakçısına çevirdi. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi layihələr Azərbaycanın enerji resurslarını alternativ marşrutlarla dünya bazarına çıxardı və ölkənin strateji əhəmiyyətini artırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Azərbaycanın müstəqil enerji siyasəti bəzi məkrli dairələrin müqaviməti ilə qarşılaşırdı. Həyata keçirilən balanslaşdırılmış diplomatiya göstərdi ki, dövlət maraqlarına söykənən uzunmüddətli strategiya qısamüddətli siyasi təzyiqlərdən daha davamlıdır. Həmin dövrdə qəbul edilən qərarlar təkcə neft ixracını təmin etmədi. Onlar Azərbaycanın geosiyasi çəkisini artırdı, ölkəni Avropa ilə Asiyanı birləşdirən mühüm enerji və logistika qovşağına çevirdi. Məhz həmin strateji kurs sonradan Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhliz kimi təşəbbüslərin meydana çıxmasına və uğur qazanmasına möhkəm zəmin yaratdı. Beləliklə, bu gün Azərbaycanın beynəlxalq nüfuzundan, etibarlı tərəfdaş imicindən və Orta Dəhlizdə aparıcı rolundan danışarkən, bu uğurların təməlində Heydər Əliyevin uzaqgörən neft strategiyasının dayandığını xüsusi vurğulamaq lazımdır. O dövrdə atılmış addımlar yalnız iqtisadi dividendlər deyil, həm də dövlətin siyasi müstəqilliyini möhkəmləndirən və milli maraqları qoruyan uzunmüddətli geosiyasi kapital formalaşdırdı.

“XXI əsrin ikinci onilliyinin sonlarından etibarən beynəlxalq münasibətlər sistemində baş verən hadisələr qlobal enerji və nəqliyyat siyasətini köklü şəkildə dəyişdirdi. Xüsusilə Rusiya–Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyi anlayışını yenidən formalaşdırdı. Uzun illər enerji təchizatında məhdud sayda mənbələrə arxalanan dövlətlər alternativ tərəfdaşların əhəmiyyətini daha aydın dərk etdilər. Məhz bu mərhələdə Azərbaycanın illər ərzində həyata keçirdiyi ardıcıl və praqmatik siyasətin strateji dəyəri tam şəkildə üzə çıxdı. Vaxtilə Azərbaycanın beynəlxalq layihələrini müxtəlif siyasi bəhanələrlə tənqid edən, erməni lobbisinin təsiri altında Bakı ilə əməkdaşlığa ehtiyatla yanaşan və beynəlxalq layihələri maliyyələşdirməkdən imtina edən bəzi siyasi dairələr bu gün ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qiymətləndirirlər. Bu dəyişiklik Azərbaycanın dövlət siyasətinin gələcək geosiyasi reallıqları düzgün qiymətləndirməsinin məntiqi nəticəsidir.

Azərbaycan heç vaxt enerjidən siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Məhz buna görə ölkə etibarlı tərəfdaş nüfuzu qazanıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracının genişlənməsi, yeni interkonnektorların istifadəyə verilməsi və uzunmüddətli müqavilələr Azərbaycanın beynəlxalq etimad kapitalını daha da gücləndirdi. Eyni zamanda, qlobal ticarət marşrutlarında yaranan risklər göstərdi ki, təhlükəsiz və sabit tranzit imkanları iqtisadiyyat qədər siyasət üçün də həlledici əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən etibarlı geosiyasi körpü kimi çıxış edir”, - deyə Y.Hacızadə söyləyib.

Politoloq əlavə edib ki, vaxtilə Azərbaycanın təşəbbüslərinə mane olmağa çalışan dairələrin bu gün Bakı ilə daha sıx əməkdaşlıq axtarması təsadüfi deyil. Bu, dəyişən beynəlxalq güc balansının və təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən atılan və bu gün Prezident İlham Əliyev tərəfindən çox məharətlə həyata keçirilən uzaqgörən dövlət strategiyasının təbii nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

15:28
29 İyul

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

Vüsal Hüseynov: Əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunması üzərində işləyirik

14:55
29 İyul

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir 

14:48
29 İyul

Figen Yıldırım: Yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək

14:41
29 İyul

Vergi Məcəlləsinə dəyişikliklər sahibkarların maliyyə vəsaitlərindən daha səmərəli istifadəsinə müsbət təsir göstərəcək 

14:34
29 İyul

Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi 

14:27
29 İyul

Deputat: Orta Dəhliz qlobal iqtisadiyyatın və beynəlxalq logistika sisteminin mühüm istiqamətlərindən biridir

14:20
29 İyul

Bu ilin birinci yarımilində Azərbaycanda iş icazələri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

14:13
29 İyul

Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır 

14:06
29 İyul

ABŞ insanabənzər robotların idxalını qadağan etdi

13:58
29 İyul

Təbii fəlakətlər yalan oldu

13:51
29 İyul

Avropa sınaq qarşısında

13:44
29 İyul

Yaxşı yuxu üçün şam nə vaxt edilməlidir?

13:37
29 İyul

Şəkər əvəzediciləri beynin qocalmasını sürətləndirə bilər

13:30
29 İyul

İyunda bankların kredit portfeli 935,5 milyon manat artıb

13:23
29 İyul

Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

13:16
29 İyul

Şahzadə Harri ilə bağlı işə yenidən məhkəmədə baxılacaq

13:09
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!