Ətraf mühitin mühafizəsi həm də gələcəyin qarantıdır
Bu gün əksər ölkələrdə, o cümlədən Azərbaycanda Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. İlk dəfə bu gün 1882-ci il aprelin 22-də rəsmi şəkildə qeyd edilib. 2009-cu il aprelin 22-də BMT 63-cü sessiyasında Beynəlxalq Yer Kürəsi Gününün həm də "Ana Torpaq Günü" kimi qeyd edilməsi tövsiyə edilmişdi. Məqsəd ətraf mühitin qorunması, flora və faunanın zənginləşdirilməsi, ekoloji problemlərin həll olunması üçün cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, hər kəsi bu işdə fəallığa istiqamətləndirmək idi.
1972-ci il iyunun 5-də BMT-nin "Ətraf mühitin mühafizəsi problemlərinə dair" Stokholmda keçirdiyi konfransda "Ətraf mühit haqqında Proqramı", 6 il sonra isə təbiətin mühafizəsinin ümumdünya strategiyası qəbul edildi. Hər bir dövlətin ətraf mühitin mühafizəsi istiqamətində üzərinə düşən ekoloji öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ayrı-ayrı proqramlar təsbit olundu.
Belə zəruri tədbirlər görülməsi, həyəcan təbili çalınması heç də təsadüfi deyil. Meşələrin qırılması, çirkab tullantıların axar sulara və dənizlərə axıdılması, havanın və torpaqların həddən artıq çirklənməsi hələ də davam edir. Eyni zamanda sənayenin sürətli inkişafı, urbanizasiyanın artması və əhalinin çoxalması, təbii resursların, torpaqların aramsız istismarı çox böyük problemlər yaradıb.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, XVIII əsrdən müasir dövrə qədər Yer kürəsində olan meşə örtükləri iki dəfədən artıq azalmışdır. Ölkəmizə gəldikdə isə Ermənistanın təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızda ekoloji terror vəhşicəsinə davam etdirilir. Həmin ərazilərdə 246 min hektar meşə sahəsi, 460 növdən çox yabanı ağac və kol bitkiləri, 70-ə yaxın endemik növ ağac və bitkiləri 20 ildir məhv edilir. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin vəhşicəsinə talan edilməsi buna sübutdur.
Azərbaycan dövləti ekoloji problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Müstəqillik bərpa ediləndən sonra bununla bağlı bir sıra qanun və qərarlar qəbul edildi. Ekoloji mühitin qorunması, bərpası istiqamətində yeni mərhələ başladı. Qoruqlar, yasaqlıqlar yaradıldı. Yeni meşə zolaqları salınmağa başladı. Hazırda ümumilikdə respublika ərazisinin 8 faizindən çoxunu xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.
"Ətraf muhitin muhafizəsi haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunların qəbulu, ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması böyük əhəmiyyət kəsb etdi. Orta və ali təhsil ocaqlarında, hətta məktəbəqədər tədris müəssisələrində ətraf mühitin mühafizəsinə dair təbliğat və tədris proqramları genişləndirildi. Artıq şagirdlərlə, tələbələrlə təşkil olunan görüşlər və təcrübəli ekoloqların apardığı təbliğat işləri öz effektini verməkdədir. Ali məktəblərdə yaradılan Ekologiya klubunun yaranmasından qısa vaxt keçməsinə baxmayarq bu gün 1000-dən artıq tələbə bu kluba könüllü üzv olub və onların sayı artır.
Bəli, ətraf aləmi qorumaqla özümüzü, gələcəyimizi müdafiə edirik. Ona görə hər bir vətəndaş daima onun keşiyində durmalıdır. Bu, həm bizim, bəm də gələcək nəslin sağlamlığı deməkdir.
Elnur HADIYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər
05 May
Azərbaycanın təşəbbüsləri bəhrəsini verir
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!