22 Oktyabr 2026 11:37
522
SİYASƏT
A- A+
Ermənistanın imitasiyası və vaxt qazanmaq cəhdləri sülh gündəliyinə etimadı sarsıdır

Ermənistanın imitasiyası və vaxt qazanmaq cəhdləri sülh gündəliyinə etimadı sarsıdır


Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması regionun gələcək inkişaf dinamikasını müəyyən edən ən mühüm amillərdən biridir. Azərbaycan Vətən müharibəsindən, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində ardıcıl, konstruktiv və prinisipial mövqe nümayiş etdirir. Lakin Ermənistan rəhbərliyinin son dövrdəki fəaliyyəti və bəyanatları sülh müqaviləsinin imzalanması prosesini müxtəlif bəhanələrlə ləngitdiyini və məsələni qeyri-müəyyən müddətə uzatmağa çalışdığını göstərir.

Ermənistanda keçirilən parlament seçkilərindən, yeni hökumətin formalaşmasından sonra sülh gündəliyində real və sürətli irəliləyişlərin olacağı gözlənilirdi. Ancaq son iki ayın təhlili göstərir ki, Paşinyan hökuməti bu istiqamətdə konkret və fundamental addımlar atmaq əvəzinə, daha çox informasiya səs-küyünün yaradılmasına üstünlük verir və faktiki olaraq prosesi yubadır. 2025-ci ilin avqustunda Vaşinqtonda bərqərar olmuş de-fakto sülh çərçivəsində mühüm razılaşmalar əldə olunsa da, real nəticələr nəzərə çarpmır. Hətta Bişkekdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün konstruktiv atmosferdə baş tutmasına rəğmən, vacib və strateji sahələrdə irəliləyiş əlaməti gözə dəymir. 

Bu durğunluq fonunda Ermənistan rəhbərliyinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi sülh gündəliyini ləngidir və prosesə etimadı sarsıdır. Xüsusilə qeyd edilməlidir ki, Ermənistanın yeni Konstitusiyasının layihəsi hələ də ictimaiyyətə təqdim edilməyib, hətta bu istiqamətdə referendumun keçirilməsi barədə müzakirələr də real müstəviyə keçməyib. Eyni zamanda, regional kommunikasiyaların bərpası çərçivəsində TRIPP-in inşası üçün tenderlər barədə heç bir məlumatın olmaması və podratçının kimliyinin bəlli edilməməsi rəsmi İrəvanın ləngimə taktikasına üstünlük verdiyinin növbəti təsdiqidir. Konkret addımların atılmaması və vətəndaş cəmiyyəti ilə ünsiyyətdə yaranan fasilələr, həmçinin Azərbaycan əsgərinin delimitasiya və demarkasiya olunmayan sərhəd xəttini keçməsi kimi hadisələr sülhün cəmiyyətlər tərəfindən qavranılmasında əlavə çətinliklər yaradır. 

Ermənistan Baş naziri səviyyəsində verilən ziddiyyətli bəyanatlar da sülh prosesi ilə bağlı gözləntiləri ciddi şəkildə azaldır. Nikol Paşinyanın 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti barədə açıqlaması İrəvanın məsələni süni şəkildə uzatmaq niyyətini aydın şəkildə üzə çıxarır. Halbuki, Bakı tərəfindən dəfələrlə xatırladılan və razılaşdırılan sülh gündəliyi konkret mərhələli addımlardan ibarətdir. Bunlar Azərbaycana qarşı ərazi iddialarını ehtiva etməyən yeni Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi, yekun sülh sazişinin imzalanması və iki ölkə arasında dövlətlərarası münasibətlərin tam qurulmasıdır. 

Ermənistanda referendumun nə vaxt keçiriləcəyi Paşinyan hökumətinin siyasi iradəsindən və qətiyyətli qərarından asılıdır. Azərbaycan üçün gözləmək problem deyil və sülh əslində elə ən çox İrəvana lazımdır. Lakin qəti reallıq odur ki, Azərbaycana qarşı ərazi iddialarını özündə saxlayan mövcud Konstitusiya dəyişdirilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq. 

Son günlərdə sülh gündəliyindən yayınmaq üçün Ermənistan rəhbərliyi tərəfindən süni mövzuların dövriyyəyə buraxılması da diqqətdən qaçmır. Ermənistan Baş nazirinin ərazi mübadiləsi barədə bəyanatları sanki bu istiqamətdə intensiv danışıqlar aparıldığı təəssüratını yaratmağa və ya hökumətlərarası komissiyanın işini şərtləndirməyə hesablanıb. Lakin bu yanaşma Azərbaycan üçün tamamilə perspektivsizdir və komissiyanın effektiv fəaliyyətinə yalnız mənfi təsir göstərir. Reallıqdan uzaq olan bu cür mülahizələr və müzakirələr sadəcə vaxt qazanmaq cəhdidir. Eynilə, anklav və eksklav mövzusunun gözlənilmədən Ermənistan gündəminə gətirilməsi də eyni məqsədə xidmət edir. Bu mövzu iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların iclaslarında heç vaxt müzakirə olunmayıb və bunu   Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da təsdiqləyib.

Ermənistanın bu cür manevrləri fonunda Azərbaycanın nümayiş etdirdiyi ayıq-sayıqlıq tamamilə əsaslıdır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bəzi xarici dairələrin bu gün Ermənistandan sülh göyərçini düzəltmək istədiyinə diqqət çəkərək mühüm xatırlatmalar edib: “Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq”. 

    Sülh gündəliyi uydurma tezislər, real olmayan gözləntilər və ya vaxt udmaq cəhdləri ilə deyil, fundamental hüquqi qərarlar və qətiyyətli addımlarla irəliləyə bilər. Mövcud reallıqları görməzdən gəlmək və ya regionda hansısa geosiyasi dəyişikliyə ümid etmək sülh prosesinə olan etimadı zəiflədir. Ermənistan rəhbərliyi imitasiya ilə məşğul olmaqdan çəkinməli, regional təhlükəsizlik və tərəqqi naminə Azərbaycanın irəli sürdüyü ədalətli, beynəlxalq hüquqa əsaslanan şərtləri yerinə yetirərək sülh müqaviləsinin imzalanması üçün real siyasi iradə nümayiş etdirməlidir.


Mübariz QURBANLI,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!