01 İyun 2026 12:18
275
SİYASƏT
A- A+
Ermənistanda seçki rəqabəti açıq qarşıdurma formasını alıb

Ermənistanda seçki rəqabəti açıq qarşıdurma formasını alıb


“Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyan tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində 20-ə yaxın siyasi partiya qeydiyyatdan keçsə də, əsas mübarizə Nikol Paşinyan, Güclü Ermənistan Partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparılır. Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.

Millət vəkilinin sözlərinə görə, Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.

73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir.  Səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Seçki öncəsi rəy sorğuları hazırki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir.  Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırki düzəni dağıtmasından qorxur, Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər.

“Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılması ilə bağlı xəbərdarlıqlar səslənir. Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəzləyərsə Ermənistanı çətin vəziyyət gözləyir. Bundan əlavə, revanşitslər müharibə ritorikasından da danışıqlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki revanşistlər ölkəni müharibəyə sürükləyə bilər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu gördülər. Əgər bundan sonra Azərbaycana qarşı hərbi təhdidlər olarsa, Ermənistan yenə də ordumuz tərəfindən layiqli cəzasını alacaq. Bu baxımdan, hesab edirəm ki, Ermənistan cəmiyyəti parlament seçkilərində müharibəyə yox, sülhə səs verəcəklər”,-deyə Samir Vəliyev vurğulayıb.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!