28 Mart 2024 11:19
131
CƏMİYYƏT
A- A+

Əmək bazarı bülleteni hazırlanıb  

 

“İşçilərin müraciət etdikləri iş və şirkət haqqında məlumatsızlığı, qeyri-peşəkar davranışları, təqdimat və ünsiyyət bacarıqlarının zəif olması onları müsahibədə uğursuz göstərən əsas səbəblərdəndir”.

İşəgötürən və işçilərin iştirak etdiyi anket sorğusunun nəticələri belə deməyə əsas verir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü il üçün Azərbaycanda işəgötürənlər tərəfindən tələb olunan bacarıqları qiymətləndirmək və əmək bazarı ilə bağlı işəgötürənlərlə işçilər arasındakı məlumat boşluğunu doldurmaq üçün işəgötürənlər və işaxtaranlar üçün əmək bazarı bülleteni hazırlanıb.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, bülletenin hazırlanmasında əsas məqsəd işaxtaran şəxslərin işəgötürənlərin tələb etdikləri bacarıqlarla bağlı məlumatlandırılması və işəgötürənlərə qlobal əmək bazarına əsasən diqqət etməli olduqları məqamların göstərilməsidir.

Bülleten Azərbaycan üzrə 150 mindən çox işçini və 22 fəaliyyət istiqamətini təmsil edən 138 şirkət arasında aparılmış araşdırma və sorğu əsasında hazırlanıb. Əldə olunan nəticələr Dünya İqtisadi Forumunun “İş Sahələrinin Gələcəyi 2023” hesabatında əksini tapan meyar və göstəricilərlə müqayisə edilib.

Bülleten əmək bazarı ilə bağlı maraqlı nəticələri ortaya çıxarıb. Belə ki, ölkədə işəgötürənlərin əksəriyyəti namizədlərin ali təhsilli olmalarına xüsusi diqqət yetirir. İşəgötürənlərin təxminən 93 faizi mütəxəssis heyəti üçün, 53 faizi isə inzibati və yardımçı heyət üçün bakalavr təhsilinin olmasını istəyir. Amma bununla belə tələb olunan təhsilin vakansiyaya uyğunluq nisbəti çox aşağıdır.

Sorğunun nəticələri göstərir ki, Azərbaycanda işəgötürənlər işçilərin analitik, yaradıcı düşüncə, özünütanıma və sosial təsir kimi bacarıqlarının olmasını o qədər də vacib hesab etmirlər.

Bundan əlavə işəgötürənlərin əksəriyyəti işçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirmək üçün yalnız təlim və seminarlara üstünlük verir.

Qeyd edək ki, aparılan sorğunun nəticələrinin Dünya İqtisadi Forumunun “İş Sahələrinin Gələcəyi 2023” hesabatı ilə müqayisəsi göstərir ki, rəhbər heyət, mütəxəssislər, inzibati və yardımçı heyət üzrə Azərbaycanda tələb olunan bacarıqlarla beynəlxalq əmək bazarındakı tələblər təxminən 50 faiz uyğunlaşır.

Bülletenlə https://dma.gov.az/storage/m-k-bazar-blleteni-1.pdf linkə daxil olaraq tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video