04 Avqust 2024 02:54
1129
CƏMİYYƏT
A- A+
Elnur SOLTANOV: "İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq"

Elnur SOLTANOV: "İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq"

 

"İqlim maliyyəsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında əsas müzakirə mövzusu olacaq". "Report" xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov "EFE" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, COP29 sədrliyinin əsas məqsədi bütün tərəflərin ehtiyaclarını nəzərə alan iqlim maliyyəsi üçün aydın və iddialı yeni kollektiv kəmiyyət hədəfi müəyyən etməkdir.

E. Soltanov "Paris Sazişinin bütün sahələrində kollektiv tərəqqisinin" vacibliyini vurğulayaraq, iqlimin maliyyələşdirilməsinin mərkəzdə olduğunu bildirib.

Baş icraçı direktorunun strategiyasına fikir ayrılıqlarının aradan qaldırılması üçün siyasi istiqamət tapmaq və tərəflər arasında görüşlər vasitəsilə sammitə hazırlıq işlərinin sürətləndirilməsi daxildir:

"Biz yüksəksəviyyəli müzakirələrə diqqət yetirməli və siyasi əlaqəni gücləndirməliyik".

O, neft və qaz hasil edən ölkə kimi Azərbaycanın iqlim konfransına evsahibliyi etmək üçün seçilməsi ilə bağlı səslənən mənfi fikirlərə də münasibət bildirib.

O, bütün tərəflərin əməkdaşlıq etdiyi inklüziv prosesi dəstəklədiyini bildirib. Ədalətli və nizamlı keçidin zəruriliyini vurğulayan S.Soltanov qeyd edib ki, bütün ölkələr müxtəlif nöqtələrdən başlayır və dekarbonizasiya, bərpaolunan sistemin qurulması və ədalətli keçidin təmin edilməsi üçün tələblər milli şəraitdən asılı olaraq dəyişir.

"İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel qlobal iqtisadiyyatda karbohidrogenlərin temperatur və xalis sıfır karbon hesablamalarında rolunu tanıyır. Azərbaycan tərəflərin birləşməsi üçün hər cür səy göstərəcək. Azərbaycan Konvensiyaya və Paris Sazişinə uyğun olaraq sammitin keçirilməsində inklüzivlik və şəffaflıq prinsiplərinə sadiqdir. Bu öhdəliyi irəli sürmək üçün Azərbaycan COP29-da iki sənəd təqdim edəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!