10 Fevral 2026 16:49
2610
Elm və texnika
A- A+
Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər  

Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər  

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında vurğulanan məsələlərdən biri də elm və təhsilin inteqrasiyası, gənc kadrların təşviqi, innovativ düşüncənin gücləndirilməsi və ölkənin uzunmüddətli inkişafına xidmət edən rəqabətqabiliyyətli elmi mühitin formalaşdırılmasının vacibliyi olub. Hazırda ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov məlumat verib. O bildirib ki, AMEA-nın institut və müəssisələrinin bir qisminin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinə və mövcud elmi potensialdan daha səmərəli istifadə olunmasına xidmət edən mühüm addım idi. Bu qərar elm və təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər təqdirəlayiqdir və artıq praktik nəticələrini verməkdədir. Bu yanaşma tələbələrə yalnız nəzəri biliklərlə kifayətlənməməyə, eyni zamanda, təcrübi sahədə bilik və bacarıqlar əldə etməyə geniş imkan yaradır. Auditoriyalarda keçirilən dərslərdən fərqli olaraq, tələbələrin elmi-tədqiqat institutlarında aparılan real elmi işlərlə yaxından tanış olması onların ixtisaslaşma prosesinə və peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərir.

E.Qurbanov vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institutlarda fəaliyyət göstərən tədqiqatçı-alimlərin universitetlərdə tədris prosesinə cəlb olunması da mühüm nəticələr verir. Bu, elmi biliklərin birbaşa tədrisə transferini təmin etməklə yanaşı, təhsil prosesinin məzmununun zənginləşdirilməsinə və müasir elmi nailiyyətlərin tələbələrə daha operativ şəkildə çatdırılmasına şərait yaradır.

“Şəxsi təcrübəmə gəldikdə isə, Botanika və bitki fiziologiyası kafedrasına rəhbərlik etdiyim dövrdə 70-ə yaxın magistrantın elmi rəhbəri olmuşam. Onların elmi-tədqiqat işlərinin hazırlanması, metodik istiqamətləndirilməsi və dissertasiya işlərinin müdafiəsi prosesində yaxından iştirak etmişəm. Eyni zamanda, 200-ə yaxın magistrantın dissertasiya işlərinin müdafiəsi zamanı Müdafiə Şurasının sədri qismində fəaliyyət göstərmişəm. Bu müddət ərzində gənc alim və mütəxəssislərin peşəkarlığının artırılmasına və elmi biliklərinin dərinləşdirilməsinə dəstək vermişəm. Bu fəaliyyətlər yalnız mənim pedaqoji və elmi işimlə bağlı deyil, həm də ölkədə elm və təhsilin inteqrasiyasının real nəticələrinin formalaşmasına, gənc kadrların hazırlanmasına verdiyim töhfələrin bariz nümunəsidir. Hesab edirəm ki, gənc alimlərin, yüksəkixtisaslı kadrların yetişdirilməsi və onların elmi potensialının artırılması, həm akademik mühitin inkişafı, həm də Azərbaycan elminin uğurlu gələcəyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir”, - deyə alim bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

16:07
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!