09 Aprel 2026 16:20
161
SİYASƏT
A- A+
Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

Qarşılıqlı hörmət, ortaq maraqlara əsaslanan əməkdaşlıq regionda yeni siyasi mədəniyyət formalaşdırır ki, bu baxımdan Azərbaycan Gürcüstan əlaqələri mühüm faktordur. İki ölkə arasında münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, eyni zamanda bu münasibətlər dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir.

Aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Prezident İlham Əliyev siyasi-iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.  Xüsusən son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikası xüsusi diqqət çəkir. 800 milyon dollardan artıq olan ticarət həcmi və cari ildə bu göstəricinin daha da yüksəlməsi iqtisadi əlaqələrin sabit və davamlı xarakter daşıdığını göstərir. Cənab Prezidentin mətbuaya bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, mövcud temp qorunarsa, yaxın perspektivdə ticarət dövriyyəsinin bir milyard dollara çatması tam real görünür. Bu isə artıq münasibətlərin yeni iqtisadi miqyas qazandığını deməyə əsas verir.

Səfər çərçivəsində mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib: “Müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.

Dövlət başçısı Azərbaycanın enerji siyasətində Gürcüstanın rolundan da danışıb: “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Ümumilikdə reallaşan səfər Azərbaycan Gürcüstan münasibətlərinin təkcə ikitərəfli çərçivədə deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.


Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

16:07
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!