28 Mart 2024 12:06
198
DÜNYA
A- A+

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər  

 

Elektrik avtomobilləri üçün dünyanın ən böyük akkumulyator istehsalçısı – Çinin CATL şirkəti bu il akkumulyatorların qiymətini 50 faizədək ucuzlaşdıracağını iddia edir.

AZƏRTAC “The Asia Times” nəşrinə istinadla xəbər verir ki, CATL və digər bazar lideri BYD hazırda Konqoda uşaq əməyi və təhlükəli mədənçilik hesabına başa gələn bahalı və nadir metal olan kobaltdan istifadə etmədən akkumulyator istehsalına başlayıb.

Çin elektrik və hibrid avtomobillər üçün ən böyük bazardır, lakin orada elektrik avtomobillərinə tələbat 2022-ci ildəki 96 faizlik artımdan 2023-cü ildə 36 faizlik artımadək azalıb.

Son vaxtlara qədər elektromobil akkumulyatorlarının istehsalı əsasən litium, nikel, manqan və kobalta əsaslanırdı. İndi isə istehsalında kobaltdan istifadə edilmədiyi üçün bu akkumulyatorlar daha ucuz başa gələcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video